Moldova koronavirusa görə İtaliya ilə uçuşları dayandırıb
Kişineu, 11 mart, AZƏRTAC
Moldova koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İtaliya ilə hava nəqliyyat əlaqələrini kəsir. AZƏRTAC xəbər verir ki, “AirMoldova” aviaşirkəti ilkin olaraq martın 12-dən 31-dək İtaliyaya uçuşları dayandırıb.
Qeyd edək ki, Moldovada koronavirusa yoluxma faktları İtaliyadan qayıdan vətəndaşlarda aşkarlanıb. Moldovada bununla bağlı “narıncı təhlükə” kodu elan edilib və kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]