Moldovada çıxan nüfuzlu qəzetdə ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc olunub
Kişineu, 16 dekabr, AZƏRTAC
Moldovada çıxan nüfuzlu “Ekspert novostey” qəzetində tanınmış jurnalist Sergey Ryabininin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilən geniş məqaləsi dərc olunub.
“Dost, yoldaş və prezident” sərlövhəli məqalədə konkret faktlar, materiallar və xatirələr əsasında Ulu Öndərin həyatından söz açılır.
Məqalədə deyilir: “Heydər Əliyev parlaq şəxsiyyət olub. Onun siyasi dühası Azərbaycan xalqına xidmətə yönəlmişdi”.
Yazıda Azərbaycan xalqının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin yekunu olan müstəqil Azərbaycanın təşəkkül tarixinə xüsusi yer ayrılıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [18:45]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
- 04.06.2026 [18:16]