Monteneqro Ukraynaya dəstək üçün Aİ missiyasına qoşun göndərir
Podqoritsa, 12 iyun, AZƏRTAC
Monteneqro Ukraynaya dəstək üçün Avropa İttifaqı missiyası çərçivəsində qeyri-döyüş hərbi kontingenti göndərəcək.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Monteneqro parlamenti qərar qəbul edib. Qərarı 81 yerlik parlamentdə 49 deputat dəstəkləyib, üçü bitərəf qalıb, qalan deputatların əksəriyyəti isə səsvermədə iştirak etməyib.
Qərara görə, Monteneqro ordusunun üzvləri Avropa İttifaqının Ukrayna üçün Hərbi Təlim Missiyasına (EUMAM Ukraine) qoşulacaq.
Müdafiə naziri Draqan Krapoviç deyib ki, Monteneqro qoşunları Ukrayna ərazisində yerləşdirilməyəcək, əksinə, Aİ missiyası çərçivəsində qeyri-döyüş rollarını yerinə yetirəcək.
Qeyd edək ki, EUMAM missiyası Ukrayna ordusunun ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etmək potensialını gücləndirmək məqsədi daşıyır. Missiya çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə Aİ ərazisində təlimlər keçirilir.
Podqoritsa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:36]
Böyük Britaniyada “Ryanair” aviaşirkəti ilə bağlı araşdırma başlanıb
- 11.06.2026 [13:35]
Ankara yunan Kipri ilə Fransa arasında hərbi sazişi pisləyib
- 11.06.2026 [13:25]
Şimali İrlandiyada iğtişaşlar zamanı 12 polis yaralanıb
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]