Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
Moskva, 15 aprel, AZƏRTAC
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva