MOSKVADA PREZİDENT HEYDƏR ƏLİYEVİN NURLU XATİRƏSİNİ ANMA MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan diasporunun tanınmış nümayəndələri, səfirliyimizin əməkdaşları, Rusiyanın siyasi və işgüzar dairələrinin nümayəndələri Heydər Əliyevin nurlu xatirəsini anmağa toplaşmışdılar. Moskvanın meri Yuri Lujkov və Türkiyənin RF-dəki fövqəladə və səlahiyyətli səfiri Qurtuluş Daşkənd, MDB İcraiyyə Komitəsinin icraçı katibi Yuri Yarov, Rusiya diplomatı Aleksandr Prişşepov, xalq artisti Gennadi Xazanov və bir çox digər tanınmış adamlar da mərasimdə iştirak edirdilər.
Ehsan süfrəsini Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Rizayev açdı. O, Prezident Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın tarixində rolundan, Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərin möhkəmlənməsinə böyük töhfəsindən danışaraq dedi ki, Heydər Əliyev indi artıq möhkəmlənmiş, dünyanın digər dövlətləri arasında layiqli yerini tutmuş bir dövlət yaratmışdır. Heydər Əliyev insanların və xalqların qəlbində əbədi yaşayacaqdır.
Səfir anma mərasimini keçirmək təşəbbüsünə görə Telman İsmayılova minnətdarlığını bildirdi. Anma mərasimində Moskvadakı Cümə məscidinin imam xətibi Mustafa Həzrət Kötükçü mərhumun ruhuna dua oxundu.
Allah rəhmət eləsin!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [17:28]
Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlığı müzakirə olunub
- 12.05.2025 [17:21]