M.SAAKAŞVİLİ: 48 SAATA 100 MİN HƏRBÇİNİ SƏFƏRBƏR ETMƏYƏ QADİR OLMALIYIQ
Prezident Osiauri düşərgəsində qadın ehtiyatçıların da təlim keçməsini müsbət hal kimi qiymətləndirmiş və onların kişilərdən geri qalmamalarından məmnunluq duyduğunu söyləmişdir.
M.Saakaşvili demişdir: “Ölkəmizin qəfil təcavüzə məruz qalmaması üçün biz 48 saat ərzində 100 min hərbçini səfərbər etməyə qadir olmalıyıq. Bunu arzu etməzdim. Lakin ölkənin belə imkanı olmalıdır”.
Hazırda Osiauridə Milli Qvardiya Departamentinin sədri Akaki Boboxidze, parlamentin müdafiə və təhlükəsizlik komitəsi sədrinin müavini Nika Rurua da prezidentlə birlikdə hərb sənətinin sirlərinə yiyələnirlər.
Xatırladaq ki, Gürcüstanda ehtiyatçıların hazırlığına 2004-cü ilin payızından başlanmış və ötən dövr ərzində əksər məmurlar, deputatlar hərbi hazırlıq keçmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]