MSTİSLAV ROSTROPOVİÇ PREZİDENT HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT ETMİŞDİR
Mstislav Rostropoviç Prezident Heydər Əliyevin məzarı önünə əklil və gül-çiçək dəstəsi qoymuş, dünya şöhrətli siyasi xadimin nurlu xatirəsini dərin ehtiramla yad etmişdir.
Görkəmli musiqiçi AZƏRTAC-ın müxbirinə demişdir:
- Çox təəssüflənirəm ki, böyük dostum Heydər Əliyevin cənazəsini Bakıya gətirəndə mən Los-Ancelesdə olmuşam. Əlbəttə, buraya kədərli əhval-ruhiyyə ilə gəlmişəm. Mən buraya böyük dostumla “söhbət” etməyə gəlmişəm.
Hörmətli qonağı Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə, mədəniyyət naziri Polad Bülbüloğlu və digər rəsmi şəxslər müşayiət etmişlər.