Müdafiə naziri “Efes-2018” təlimlərində uğur qazanmış Azərbaycan hərbçilərini mükafatlandırıb
Bakı, 9 may, AZƏRTAC
İzmirdə keçirilən “Efes-2018” beynəlxalq təlimlərinin yekun mərhələsini izləmək məqsədilə Türkiyə Respublikasında səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov mayın 9-da təlimlərdə iştirak edən hərbçilərimizlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə uğur qazanmış heyəti təbrik edən Zakir Həsənov hərbçilərimizin beynəlxalq tədbirdə göstərdikləri peşəkarlığı yüksək qiymətləndirərək onları mükafatlandırıb.
Aprelin 11-də başlayan “Efes-2018” təlimlərində Azərbaycan Ordusu 100-dən çox hərbçi ilə təmsil olunur.