Müdafiə naziri ön idarəetmə məntəqəsində olub
Bakı, 3 mart, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ön idarəetmə məntəqəsində videokonfrans vasitəsilə general-polkovnik Zakir Həsənova təlimin hazırkı vəziyyəti barədə məruzələr edilib.
Sonda Müdafiə naziri əsas və ehtiyat idarəetmə məntəqələrində yaradılmış qrupların fəaliyyətini izləyib.