Müdafiə Nazirliyi: Azərbaycan Ordusunun hərbi qulluqçusu ürək çatışmazlığından vəfat edib
Bakı, 4 dekabr, AZƏRTAC
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun vəfat etməsi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçu kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. O, sanitar nəqliyyat vasitəsilə hərbi hospitala təxliyə edilərkən yolda keçinib.
Həkimlərin ilkin ehtimalına görə hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [22:28]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 27.09.2026 [20:04]
Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub
- 27.09.2026 [09:00]
27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün
- 25.09.2026 [20:02]
Üç ölkənin hərbi qulluqçuları taktiki fəaliyyətləri yerinə yetiriblər
- 25.09.2026 [17:30]