Müdafiə Nazirliyinin rəhbərliyi Quru Qoşunlarının komanda-qərargah təlimini izləyib
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti 2025-ci ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən komanda-qərargah təlimini izləyib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, xəritə üzərində tapşırıqlar dəqiqləşdirildikdən sonra komandir heyətinin qərarlara dair müvafiq məruzələri dinlənilib.
Müdafiə naziri bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin qərar qəbuletmə və idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, qərargahlar və bölmələr arasında qarşılıqlı əlaqənin təmin olunması məqsədilə keçirilən təlimin gedişatını müsbət qiymətləndirib.
General-polkovnik Z.Həsənov şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daha da təkmilləşdirilməsi məqsədilə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [18:44]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]