“Muğanbank” ASC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb
Bakı, 23 mart, AZƏRTAC
“Muğanbank” Açıq Səhmdar Cəmiyyəti Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.
“Muğanbank” ASC-dən AZƏRTAC-a bildiriblər ki, qurum korporativ sosial məsuliyyəti çərçivəsində, koronavirus (COVID-19) xəstəliyinin Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait ayırıb.
Qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün sosial həmrəyliyin nümayiş etdirilməsini zəruri hesab edən bank bütün vətəndaşları dövlətimizin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa çağırır.
Siz də özünüzün və sevdiklərinizin sağlamlığı üçün evdə qalaraq bu mübarizəyə kömək ola bilərsiniz. Güc birlikdədir!
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]