Müharibə Ukraynanın mədəniyyət və turizm sektoruna 19,6 milyard dollar ziyan vurub
Bakı, 01 mart, AZƏRTAC
Ukraynanın Baş naziri Denis Şmıqal Rusiya ilə davam etməkdə olan müharibənin ölkənin mədəniyyət və turizm sektorlarına azı 19,6 milyard ABŞ dolları dəyərində ziyan vurduğunu açıqlayıb.
AZƏRTAC “Ukrainskaya Pravda” saytına istinadla xəbər verir ki, münaqişə zamanı ölkədə 900 tarixi və mədəni obyekt dağıdılıb.
Baş nazirin sözlərinə görə, Kiyev dağıdılmış mədəniyyət və turizm obyektlərinin xüsusi reyestrini hazırlamağı planlaşdırır ki, bu da Rusiyadan təzminat məbləğinin müəyyən edilməsi üçün bir əsas olacaq.
Denis Şmıqal, həmçinin mədəniyyət və turizm obyektlərinin bərpası üçün Ukraynaya 8,9 milyard dollar vəsaitin lazım olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]