Murad Musayev: Futbolçular addım-addım formalarını bərpa edirlər
Bakı, 17 iyul, AZƏRTAC
Futbolçuların təlim-məşq toplanışına yanaşmasından çox razıyam.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Avstriyada keçirilən təlim-məşq toplanışına münasibət bildirərək klubun mətbuat xidmətinə deyib.
Baş məşqçi qeyd edib ki, hazırda Avstriyada təlim-məşq toplanışımız davam edir. Hazırlıq prosesinin təşkilinə görə rəhbərliyə təşəkkür edirəm. Burada komanda üçün gözəl şərait yaradılıb.
“Hava şəraiti, meydançaların vəziyyəti yüksək səviyyədədir. Üstəlik güclü rəqiblərlə yoxlama oyunları keçirdik. Futbolçular addım-addım formalarını bərpa edirlər. Komandanın daxilində müsbət əhval-ruhiyyə var. Komanda yay fasiləsində artıq 3 yoxlama oyunu keçirib. Bizim ilk oyunumuz “Qəbələ” ilə oldu. Bu oyunun ilk 20 dəqiqəsində çox yaxşı təsir bağışladıq. İkinci oyunumuz “Al-Sadd”a qarşı oldu. Bu oyunda isə komanda artıq ilk 45 dəqiqədə yaxşı oynadı. Üçüncü oyunda rəqib Almaniyanın İkinci Bundesliqa təmsilçisi “Sankt-Pauli” oldu”, - deyə baş məşqçi əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]
Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub
- 16.06.2026 [14:39]
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
- 16.06.2026 [14:27]