Musa Qurbanlı İtaliyanın “Torino” klubunun əsas transfer hədəfidir
Bakı, 12 aprel, AZƏRTAC
Ağdamın “Qarabağ” klubunun futbolçusu Musa Qurbanlı İtaliyanın “Torino” komandasının idman direktoru Davide Vaqnatın əsas transfer hədəfidir.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli “footballnews24.it” saytı məlumat yayıb.
Bildirilib ki, gənc və maraqlı profillər axtarışında olan klubun skaut şöbəsinin rəhbəri hücum xəttini Azərbaycan millisinin üzvü ilə gücləndirməkdə maraqlıdır. Xviça Kvaratsxeliyanın “Napoli”dəki parlaq çıxışını nəzərə alan Davide Vaqnat daha bir qafqazlının A seriyası üçün yeni kəşf olacağına inanır.
Qeyd edək ki, cari mövsüm Premyer Liqada 20 qolla bombardirlər yarışına başçılıq edən M.Qurbanlının “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayınadəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]