MÜTƏXƏSSİSLƏR 2010-CU İLİN PAMBIQ İSTEHSALINDA DÖNÜŞ İLİ OLACAĞINI PROQNOZLAŞDIRIRLAR
Bakı, 21 sentyabr (AZƏRTAC). Növbəti ildən başlayaraq ölkəmizdə pambıq sahələrinin genişləndirilməsi gözlənilir.
Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, son 4 ildə Azərbaycanda pambıq sahələrinin azalmasının əsas səbəbi sahibkarların “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan yararlanmaq üçün ərzaq buğdası istehsalına üstünlük verməsi olmuşdur. Əlbəttə, bu işdə dünya bazarında pambığın qiymətinin aşağı düşməsi də az rol oynamamışdır.
Xatırladaq ki, ölkəmizdə pambıq sahələri 2005-ci ildəki 112,4 min hektardan 2009-cu ildə 21,1 min hektara düşmüşdür.
Ancaq bu ildən başlayaraq taxıla olan təlabatın tam ödənilməsi, növbəti ildən isə taxıl və pambıq məhsullarının əkininin növbələşdirilməsi prinsipinin fermerlər tərəfindən həyata keçiriləcəyini nəzərə alsaq, pambıq sahələrinin artacağı gözlənilir.
Ümumiyyətlə, dünya bazarında pambığın qiymətinin son illərdə artıb-azalması əkin sahələrinin həcminə də öz təsirini göstərmişdir. Bu meyl ölkəmzdə də müşahidə olunmuşdur. Məsələn, pambıq sahələri 2002-2005-ci illər ərzində 61 min hektardan 112,4 min hektara çatmışdı.
2010-cu ilin pambıq istehsalında növbəti dönüş ili olacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]