Azərbaycan Dövlət İnformasiya Agentliyi

Muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb

Muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb

Naxçıvan, 23 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 5 may tarixli Sərəncamına əsasən hər il iyunun 23-ü ölkəmizdə Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur.

Ölkəmizdə dövlət qulluğu sisteminin formalaşması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının imzası ilə mühüm Dövlət proqramları təsdiq olunub, dövlət qulluğu sahəsində mütərəqqi normativ-hüquqi baza formalaşdırılıb, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmi yaradılıb, dövlət qulluğu sahəsində münasibətlərin tənzimlənməsi daim nəzərdə saxlanılıb. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiq edilməsi bunun bariz nümunəsidir.

Muxtar respublikada dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə muxtar respublikada dövlət qulluğu sahəsində uğurlu islahatlar aparılıb, müasir dövlət idarəçilik sistemi formalaşdırılıb. Həyata keçirilən islahatları iki qrupa ayırmaq olar. Birinci istiqamət dövlət qulluğu sahəsində institusional islahatların həyata keçirilməsi ilə bağlıdır. Bu məqsədlə qanunvericiliklə müəyyən edilmiş dövlət siyasətini və tənzimlənməni həyata keçirən dövlət orqanları yaradılıb və onların normal fəaliyyət göstərməsi təmin olunub. Dövlət idarəçiliyində innovasiyalar tətbiq edilib, “Elektron hökumət” portalı, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri istifadəyə verilib, bəzi dövlət orqanları üzrə səyyar xidmətlər təşkil olunub, “ASAN xidmət” Mərkəzi yaradılıb. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilib, maddi-texniki baza gücləndirilib, dövlət qulluqçularının fəaliyyəti yaxşılaşdırılıb, onlara lazımi iş şəraiti yaradılıb. Bütün bunlar Naxçıvan Muxtar Respublikasında insan amilinə verilən dəyərin göstəricisidir.

Müasir tələblərə cavab verən kadr siyasəti həyata keçirilir

Dövlət qulluğu sahəsində islahatların ikinci istiqaməti isə müasir tələblərə cavab verən kadr siyasətinin həyata keçirilməsidir. Kadr siyasətinin əsas məqsədi dövlətə və cəmiyyətə xidmət üçün lazımi keyfiyyətlərə malik dövlət qulluqçularının formalaşdırılması, habelə dövlət qulluğu sferasının yüksək peşəkarlığa malik, vicdanlı, məsuliyyətli və Vətənə sədaqətli işçilərin cəlb olunmaqla komplektləşdirilməsidir. Qeyd olunan məqsədlərə nail olmaq üçün muxtar respublikada yeni məktəb binaları, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib, təhsil müəssisələrində tədris müasir standartlara uyğunlaşdırılıb, maddi-texniki baza möhkəmləndirilib, mütəxəssis və kadrların hazırlığı üçün hərtərəfli şərait yaradılıb. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi ilə bağlı Ali Məclis Sədrinin 2015-ci il 27 iyul və 2019-cu il 3 aprel tarixli sərəncamları dövlət orqanları və təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə, insan kapitalının inkişafına, dövlət qurumlarının ixtisaslı kadrlarla təmin olunmasına imkan verib.

Naxçıvanda dövlət qulluğu sahəsində idarəetmə təkmilləşdirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 22 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması bu istiqamətdə həyata keçirilən islahatların ən vacib tərkib hissəsidir. Muxtar respublikada dövlət qulluğu sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Fərmanı ilə komissiyanın əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd dövlət qulluğu sahəsində qəbul edilmiş normativ-hüquqi aktların muxtar respublikada tətbiqinin təşkil edilməsi, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının əlavə təhsili, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən yaradılmış digər dövlət orqanlarında və publik hüquqi şəxslərdə işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmənin həyata keçirilməsi sahəsində qanunvericiliklə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsinin təmin edilməsidir.

Yüksək səmərəliliyin və tərəqqinin qorunub saxlanılması üçün yeniliklər tətbiq edilir

Dövlət İmtahan Mərkəzində test mərkəzinin, lokal kompüter şəbəkəsinin, mərkəzi server sisteminin mövcudluğu innovasiya və startapların tətbiqini mümkün edib. Test imtahanı proqramı, Dövlət Qulluqçuları Reyestrinin aparılması proqramı, test və müsahibələrdə iştirak üçün onlayn qeydiyyat proqramı istifadəyə verilib. Dövlət İmtahan Mərkəzinin portalının və yeni proqram təminatının istifadəyə verilməsi vətəndaşların dövlət qulluğuna qəbul üçün müraciət etmək imkanlarının asanlaşdırılmasına, vaxt və maliyyə itkisinin qarşısının alınmasına, mərkəzə gəlmədən və əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibələrdə iştirakına şərait yaradıb.

Dövlət qulluğuna qəbul şəffaflıq əsasında keçirilir

Bu gün muxtar respublikada vətəndaşların dövlət qulluğuna müsabiqə və şəffaflıq əsasında qəbulu üçün lazımi şərait mövcuddur. Belə ki, indiyədək keçirilmiş 21 müsabiqədə 6 min 664 namizəd iştirak edib, onlardan 1295-i müsabiqələri müvəffəqiyyətlə başa vuraraq dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinə təyin olunub.

Mərkəz tərəfindən dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanları da keçirilir. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, muxtar respublika Prokurorluğu, Dövlət Gömrük Komitəsi, Vergi, Miqrasiya, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətlərində vakant vəzifələrin tutulması və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üçün indiyədək keçirilmiş 52 müsabiqədə iştirak edən 2410 namizəddən 794-ü test imtahanlarında müvafiq keçid balını toplayıb. Bundan başqa, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında keçirilməsi prinsipi digər sahələrə də tətbiq edilib. 2018-ci ildən dövlət ümumi təhsil müəssisələrinə, 2019-cu ildən isə dövlət musiqi təhsili müəssisələrinə, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə, 2020-ci ildən dövlət səhiyyə müəssisələrinə işə qəbul, attestasiya və sertifikasiya mərkəzləşdirilmiş qaydada, Dövlət İmtahan Mərkəzinin proqram təminatı vasitəsilə həyata keçirilib, test imtahanlarında 11 min 99 nəfər iştirak edib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki müəssisələrə, dövlət teleradio və mətbuat orqanlarına, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə işə qəbul qaydaları təsdiq olunub və bu istiqamətlər üzrə imtahanların təşkili və keçirilməsi də Dövlət İmtahan Mərkəzinə həvalə edilib.

Vətəndaşlara yaşadıqları yerlərdə səyyar xidmət göstərilir

Hər il məhkəmə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları üçün etik davranış qaydalarına riayət olunması, kargüzarlığın, dövlət qulluqçularının reyestrinin və şəxsi işlərinin aparılması qaydaları və digər mövzularda keçirilən seminarlarda yüzlərlə inzibati vəzifə tutan dövlət qulluqçusu iştirak edir. “Səyyar dövlət qulluğu xidməti könüllülüyü” layihəsi çərçivəsində rayonlarda yaşayan, internet və informasiya-kommunikasiya texnologiyalarından istifadə edə bilməyən və elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkən vətəndaşlara yaşadıqları yerlərdə səyyar xidmət göstərilir. Gənc dövlət qulluqçularını intellektual fəaliyyətə cəlb etmək, onlar arasında bilik və elmin nüfuzunu artırmaq məqsədilə intellektual oyunlar keçirilir.

Dövlət qulluqçularının 25 faizini gənclər, 23 faizini isə qadınlar təşkil edir

Həyata keçirilən uğurlu kadr islahatları nəticəsində muxtar respublikamızda dövlət qulluqçularının yaş tərkibi getdikcə cavanlaşdırılır, təcrübəli işçilərlə yanaşı, gənclərə də geniş yer verilir. Bu, dövlət idarəçiliyində öz müsbət nəticəsini göstərməkdədir. Dövlət Qulluqçuları Reyestrinin məlumatlarına əsasən muxtar respublikanın dövlət orqanlarında 2469 nəfər fəaliyyət göstərir ki, onların 56-sı siyasi, 1947-si inzibati, 466-sı isə yardımçı vəzifə tutur. Dövlət qulluqçularının 25 faizini gənclər, 23 faizini isə qadınlar təşkil edir.

Keçirilən müsabiqələrdə iştirak edənlərin sayının ildən-ilə artması onu göstərir ki, bu sahədə həyata keçirilən dövlət siyasəti öz bəhrəsini verir və vətəndaşların, xüsusilə gənclərin dövlət qulluğuna, o cümlədən dövlət qulluğunun xüsusi növünə aid orqanlara marağı artır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsi də öz intibah dövrünü yaşayır. Bütün uğurların təməlində isə ümummilli lider Heydər Əliyev yoluna sadiqlik və bu yolun uğurla davam etdirilməsi dayanır.

Dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılıb

Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının günün tələblərinə uyğun fəaliyyət göstərməsi üçün hərtərəfli şərait yaradılıb, dövlət qulluqçuları qayğı ilə əhatə olunub, öz fəaliyyəti ilə fərqlənənlər təltif ediliblər. Bu gün dövlət qulluqçularının sosial müdafiəsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır, muxtar respublikanın şəhər və rayonlarında “Gənclər” şəhərcikləri və yeni yaşayış binaları inşa edilir. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən dövlət qulluqçularına göstərilən qayğının və insan amilinə verilən dəyərin bariz nümunəsidir.

Göstərilən qayğının müqabilində hər bir dövlət qulluqçusu bundan sonra da səylə çalışmalı, ölkəmizin, muxtar respublikamızın inkişafı və tərəqqisinə öz töhfəsini verməlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “...Müstəqil Azərbaycan Respublikasında dövlət qulluğunda çalışmaq hər bir insan üçün son dərəcə şərəfli işdir. Bu o deməkdir ki, həmin vətəndaşa müstəqil, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun ön sıralarında olmaq imkanı etibar edilmişdir. Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib