Muxtar respublikada ümumi daxili məhsul istehsalı 2,7 faiz artıb
Naxçıvan, 18 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 200 milyon 800 min 700 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövründəki göstəricidən 2,7 faiz çoxdur. Dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 2 faiz artaraq 428,3 manat olub. Həmçinin cari ilin yanvar-fevral aylarında muxtar respublikada 91 milyon 684 min 100 manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricini 27 faiz üstələyib.