MUZEY EKSPONATLARLA ZƏNGİNLƏŞİR
Ağcabədi Rayon Mədəniyyət və Turizm İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayon tarix-diyarşünaslıq muzeyinin salonlarından birindəki eksponatlar ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin ömür yoluna həsr olunmuşdur. Burada dünya şöhrətli siyasətçinin həyat və fəaliyyətindən bəhs edən fotostend, xüsusi guşə düzəldilmiş, məşhur adamların Heydər Əliyev haqqında ürək sözləri toplanmışdır.
Muzeydə həmçinin Üzeyir Hacıbəyov, Cəlil Məmmədquluzadə, Həmidə xanım Cavanşir və digər görkəmli şəxsiyyətlərin həyatı ilə tanış olmaq mümkündür.
20 ildən çoxdur ki, fəaliyyət göstərən muzeydə qədim dövrlərdən bəri xalqımızın tarixini əks etdirən 4 mindən çox müxtəlif eksponat toplanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]