Muzeyin yeni qurulan ekspozisiyasının etnoqrafiya bölməsi yekunlaşmaq üzrədir
Bakı, 7 iyul, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin yeni dizayn və zəngin tərtibatla işlənmiş ekspozisiyasının etnoqrafiya bölməsində ziyarətçilərə müxtəlif mövzularda qurulmuş vitrinlər təqdim olunacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ümumilikdə muzeyin zəngin etnoqrafik kolleksiyasından 600-ə yaxın eksponat nümayiş ediləcək.
Qeyd edək ki, sözügedən bölmə Azərbaycan tarixinin XIX-XX əsrin əvvəllərinə aid atçılıq, misgərlik, hamam mədəniyyəti, toy mərasimi, ipəkçilik, xalçaçılıq və s. mövzularını əhatə edir. Eyni zamanda, ziyarətçilər müxtəlif bölgələrimizə məxsus milli geyim nümunələri ilə tanış olacaqlar.