NASA-nın 9 ay kosmosda qalan 2 astronavtı yerə qayıdıb
Vaşinqton, 19 mart, AZƏRTAC
NASA-nın aylardır kosmosda qalan 2 astronavtı yerə enib.
AZƏRTAC-ın məlumatına görə, astronavtlar Sunita Uilyams və Barri Uilmorun olduğu “SpaceX Crew-10” missiyası Beynəlxalq Kosmik Stansiyadan ayrıldıqdan və yerə yollandıqdan təxminən 17 saat sonra yerli vaxtla saat 17:58-də (Bakı vaxtı ilə saat 01:58) Florida sahillərinə uğurla eniş edib.
NASA astronavtı Nik Heyq və kosmonavt Aleksandr Qorbunov da gəminin göyərtəsində olublar.
Uilyams və Uilmor 2024-cü ilin iyun ayında “Boeing”ə məxsus “Starliner” kapsulunun ilk astronavt ekipaj uçuşunu həyata keçiriblər. Səfərin bir həftəlik olması planlaşdırılırdı. Təxminən 10 gündən sonra onları geri qaytaracaq “Boeing Starliner”də problem yaşanıb və astronavtlar 9 ay stansiyada qalıblar.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]