NASA-nın ilk missiyası – “Apollo 7”nin sağ qalan sonuncu üzvü vəfat edib
Bakı, 4 yanvar, AZƏRTAC
ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) ilk missiyası olan “Apollo 7”nin sağ qalan sonuncu üzvü, astronavt Uolter Kanninqem 90 yaşında vəfat edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, NASA Kanninqemin ölümünü təsdiqləyib.
NASA tərəfindən paylaşılan açıqlamada bildirilib: “Dünya daha bir əsl qəhrəmanı itirdi və biz onun üçün çox darıxacağıq”.
Qeyd edək ki, "Apollo 7" 1968-ci ildə kosmosda görüş qabiliyyətini sınaqdan keçirən ilk 11 günlük missiya idi. Uolter Kanninqem Apollon proqramında kosmosa uçuş üçün seçilmiş ilk üç astronavtdan biri olub. Bu missiyada onu dəniz qüvvələri kapitanı Uolter Şirra və Hərbi Hava Qüvvələrinin mayoru Donn Eisele müşayiət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]