NATO ölkələri genişmiqyaslı hava qüvvələri təlimlərinə başlayır
Bakı, 31 mart, AZƏRTAC
NATO-ya üzv ölkələr bazar ertəsi genişmiqyaslı hərbi hava qüvvələrinin “Ramstein Flag 2025” təlimlərinə başlayır
AZƏRTAC xəbər verir ki, aprelin 11-dək davam edəcək təlimlərdə NATO-nun 15 ölkəsindən 90 hərbi təyyarə iştirak edəcək. Uçuşların həyata keçirilməsi üçün NATO-nun Avropadakı 12 aviabazasından istifadə olunacaq. Əməliyyatlar Niderlanddakı Leuvarden Hava Bazasından idarə olunacaq.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı Komandanlığına görə, təlim döyüş qabiliyyətini, inteqrasiya olunmuş hava və raketdən müdafiəni hazırlamaq və nümayiş etdirmək üçün nəzərdə tutulub. Manevrlər, xüsusən, NATO qüvvələrinin kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə əsasən yerləşdirildiyi halda, dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminə qarşı hərəkətlərin simulyasiyasını əhatə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]