NATO rəsmisindən Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”nə münasibət
Bakı, 4 may, AZƏRTAC
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”nə münasibət bildirib. O deyib ki, NATO bu “seçkilər”in nəticələrinin Dağlıq Qarabağın hüquqi statusuna təsir göstərəcəyini və ya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həlli prosesinin nəticəsini əvvəlcədən müəyyən edəcəyini qəbul etmir.
C.Appaturay NATO-nun ATƏT-in Minsk qrupunun “seçkilər”lə bağlı bəyanatını dəstəklədiyini də qeyd edib.