Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

Naxçıvan, 2 may, AZƏRTAC

Mayın 2-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Naxçıvanda beynəlxalq şahmat festivalının keçirilməsinin ənənə halını aldığını bildirib, “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının iştirakçılarını salamlayaraq deyib: Müdriklər gənc nəslin zehni inkişafında və formalaşmasında şahmatın imkanlarından faydalanmağın vacibliyin bildirmişlər. Bu, ondan irəli gəlir ki, şahmat bir tərəfdən gənclərin əqli inkişafına kömək edirsə, digər tərəfdən onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Azərbaycan xalqı qədimdən bu zəka oyununa böyük maraq göstərmişdir. Lakin ölkəmizdə idman növü kimi şahmatın kütləvi inkişafı ötən əsrin 70-ci illərindən başlanmışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə rayon mərkəzlərində və şəhərlərdə şahmat məktəbləri tikilib istifadəyə verilmiş, peşəkar şahmatçılar nəsli yetişdirilmiş və Azərbaycan şahmat məktəbinin əsası qoyulmuşdur. Dahi şəxsiyyət ölkəmizin müstəqillik dövründə də şahmatın inkişafına diqqət göstərmiş, onun himayə və qayğısı ilə bu sahədə möhkəm maddi-texniki baza yaradılmışdır.

“Şahmatın inkişafı bu gün Azərbaycanda dövlət siyasətidir”, - deyən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şahmat infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq səviyyəli şahmat mütəxəssislərinin hazırlanması sahəsində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da mükəmməl şahmat infrastrukturu yaradılıb. Bu gün Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində isə şahmat məktəbləri fəaliyyət göstərir. Şahmat tədris müəssisələrinin hər biri üçün müasir binalar tikilib istifadəyə verilib. Hazırda muxtar respublikada 3 mindən artıq məktəbli peşəkar formada şahmatla məşğul olur. Bundan başqa, ümumtəhsil məktəblərində şahmat fənninin dərs proqramına daxil edilməsi gənclərin bu idman növünə marağını xeyli artırıb. Artıq Naxçıvan şahmatçıları müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında uğurla çıxış edirlər.

“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının təşkilatçılarına təşəkkürünü bildirən Ali Məclisin Sədri iştirakçılara uğurlar arzulayıb və festivalı açıq elan edib.

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir, ölkəmizin idman nüfuzu artır. Bu gün Azərbaycanda idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. Qəbul edilən dövlət proqramı şahmatın kütləvi hal almasına, istedadlı şahmatçıların yetişməsinə səbəb olub. İsmayıl İsmayılov Naxçıvan Muxtar Respublikasında da idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişafı sahəsində həyata keçirilən tədbirlərdən bəhs edib, festival iştirakçılarına uğurlar arzulayıb.

Tədbirdə çıxış edən beynəlxalq dərəcəli hakim, Şahmat Festivalının baş hakimi Faiq Həsənov qeyd edib ki, ölkəmizdə, o cümlədən Naxçıvanda şahmatın inkişafı və kütləviliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Muxtar respublikada şahmat infrastrukturunun müasirləşdirilməsi, şahmatçıların fəaliyyətinin dəstəklənməsi peşəkar idmançılar nəslinin yetişməsinə səbəb olub. Artıq naxçıvanlı şahmatçılar ölkəmizdə və dünyada keçirilən yarışlarda uğurla çıxış edirlər. Faiq Həsənov muxtar respublikada şahmatın inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.

Sonra festivalın püşkü atılıb.

“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalında 13 ölkədən 350-dən çox şahmatçı iştirak edir. Festival üç yarımqrupda keçiriləcək. Şəxsi əmsallarına görə “A” qrupunda 67, “B” qrupunda 116 və “C” qrupunda 176 şahmatçı 9 turda mübarizə aparacaq. Festivalda dünya və Avropa çempionu olmuş şahmatçılar, beynəlxalq qrossmeysterlər, beynəlxalq şahmat və FİDE ustaları iştirak edir. Ölkəmizi festivalda 303 şahmatçı təmsil edir ki, onlardan 80-i Naxçıvan Muxtar Respublikasından olan şahmatçılardır.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestri konsert proqramı ilə çıxış edib.

Sonra Naxçıvan şəhərindəki Şahmat Mərkəzində “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı start götürüb.

Naxçıvanda Ulu Öndərin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivallarının keçirilməsi xarici ölkələrin dövlət rəsmiləri və beynəlxalq idman təşkilatlarının rəhbərləri tərəfindən maraqla qarşılanır. Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının keçirilməsi ilə əlaqədar təbriklərini göndərib, bu beynəlxalq yarışın şahmatın inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.

X X X

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının iştirakçıları ilə görüşüb.

Ali Məclisin Sədri deyib ki, ilk dəfə 2003-cü ildə muxtar respublikada 20 yaşadək gənclər arasında şahmat üzrə dünya çempionatı keçirilib. Bundan sonra muxtar respublikada şahmatın inkişafı və beynəlxalq yarışların təşkili sahəsində ardıcıl tədbirlər görülüb. Beş ildir ki, Naxçıvanda Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə ənənəvi beynəlxalq şahmat festivalı keçirilir. Bu festival dünya şahmatçıları və şahmatsevərləri tərəfindən böyük maraqla qarşılanır.

Naxçıvanda şahmatın inkişafı sahəsində görülən işlərdən danışan Ali Məclisin Sədri qeyd edib ki, muxtar respublikada şahmatın inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. İstər şahmat məktəblərində, istərsə də ümumtəhsil məktəblərində şahmatın tədrisinə xüsusi diqqət yetirilir. Festivaldan bir gün öncə Kəngərli rayonunda Uşaq-Gənclər Şahmat Məktəbi üçün yeni bina istifadəyə verilib. Şahmatın inkişafına göstərilən qayğının nəticəsidir ki, bu gün muxtar respublika şahmatçıları arasında 1 beynəlxalq qrossmeyster, 1 beynəlxalq hakim və 1 FİDE ustası var.

Ali Məclisin Sədri beynəlxalq səviyyəli şahmatçıların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş şahmat festivalında iştirak etməsini dahi rəhbərin şəxsiyyətinə hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirib, onların hər birinə qələbə arzulayıb.

Beynəlxalq dərəcəli hakim, Şahmat Festivalının baş hakimi Faiq Həsənov və beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova səmimi qəbula görə şahmat festivalının iştirakçıları adından minnətdarlıq edib, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərin nümunə göstərilməyə layiq olduğunu bildiriblər.

Sonda Ali Məclisin Sədri şahmatçılarla xatirə şəkli çəkdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır