Naxçıvan Dövlət Universitetində 2026–2027-ci tədris ili üçün yeni ixtisaslar açılır
Naxçıvan, 1 iyul, AZƏRTAC
2026/2027-ci tədris ilindən etibarən Naxçıvan Dövlət Universitetində əmək bazarının müasir tələblərinə uyğun olaraq bir sıra yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçiriləcək.
Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ixtisaslar təhsil sistemində innovativ yanaşmaların gücləndirilməsi, elmi-texniki inkişafın dəstəklənməsi və müasir kadr hazırlığının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Müasir dövrdə kimya sənayesi, informasiya texnologiyaları, təhsil, dil və turizm sahələrində sürətli inkişaf ixtisaslı mütəxəssislərə olan tələbatı artırır. Bu baxımdan universitetdə yeni ixtisasların yaradılması həm regional inkişafın dəstəklənməsi, həm də qlobal əmək bazarına uyğun kadr hazırlığı məqsədi daşıyır.
Müxbir- Nail Əsgərov
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:51]
“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib
- 07.10.2026 [16:29]
Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa
- 07.10.2026 [16:24]