Naxçıvan gömrükçüləri külli miqdarda siqaret və psixotrop dərman preparatı aşkar edib

Naxçıvan, 23 iyun, AZƏRTAC
Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Culfa” və “Naxçıvan Karqoterminal” gömrük postlarında yük nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yoxlama zamanı gömrük orqanına bəyan edilməyən, Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmayan 80 min ədəd siqaret, 100 ədəd psixotrop tərkibli “Alprazolom” dərman preparatı və 177 qutu müxtəlif növ dərmanlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.