Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Hərbi Qarnizonunun Təlim-Tədris Mərkəzində komanda-qərargah təlimləri keçirilir

Naxçıvan, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının uzlaşdırılmış plan üzrə kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov təlimi izləyib.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün alınmış xidməti avtomobillərə baxış olub. Bildirilib ki, hərbi hissələr müasir döyüş texnikaları ilə yanaşı, həm də xidməti avtomobillərlə təmin olunur. Yeni alınmış 10 ədəd “NİVA” markalı xidməti avtomobil hərbi hissələrin komandir və rəis heyətinin istifadəsinə veriləcək.

Sonra təlim başlayıb.

Məlumat verilib ki, Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının hücum əməliyyatlarının qarşılıqlı əlaqəsini koordinasiya etmək, döyüşə və səfərbərliyə hazırolma səviyyəsini artırmaq məqsədi ilə yaradılmış Təlim-Tədris Mərkəzinin Simulyasiya Mərkəzi 81 kompüterdən, ümumilikdə isə 20 otaqdan və təlim nəticələrinin təhlil edilməsi üçün 90 yerlik zaldan ibarətdir. Simulyasiya Mərkəzinin əsas üstünlüyü burada birtərəfli təlimlərlə yanaşı, ikitərəfli üçpilləli təlimlərin də keçirilməsi, bölük, tabor və briqada səviyyəsində real vaxt rejimində fəaliyyət göstərməsidir. Kompüter dəstəkli komanda-qərargah təlimlərinin keçirilməsinin əsas məqsədi komandir və qərargah zabitlərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də onların əməliyyatın planlaşdırılması və vəziyyətin qiymətləndirilməsi üzrə bacarıqlarının inkişaf etdirilməsindən ibarətdir.

“Sakarya” və “Qasırğa” yaylım atəşli reaktiv sistemlərin simulyasiya sinfi avtomatlaşdırılmış idarəetmə sistemi ilə təchiz olunub. Tədris sinfi 6 döyüş maşınından, batareya komandirinin idarəetmə maşınından, meteomaşını simulyasiya edən kompüterdən, məşğələ rəhbərinin iş yerinin kompüterindən və şəbəkə mərkəzindən ibarətdir. Burada dvizion və batareya tərkibində atəş hazırlıqlarının hazırlanması və döyüş maşınlarının avtomatik olaraq hədəfə tuşlanması şəxsi heyətə öyrədilir.

Döyüş və piyada döyüş maşınları “BMP2” və “BMP3”, “T72” və “T90” trenajorlarda idarə edilib və müxtəlif döyüş tapşırıqları yerinə yetirilib. Tank əleyhinə bölmələr üçün nəzərdə tutulan “SPİKE-LR”və “SPİKE-ER” daxili otaq trenajorları operator və təlimatçı stansiyaları olmaqla 2 hissədən ibarətdir. Bu da məşğələ zamanı təlimatçıya bütün atəş ardıcıllığını izləməyə, atışdan əvvəl və sonra ərazi görüntüsünü müşahidə etməyə imkan verir. Həmçinin kompüterdə döyüş sahəsinin simulyasiya olunmuş görüntüsü əks olunur.

Qeyd olunub ki, tank əleyhinə məşq qurğuları döyüş sahəsinin simuliyasiya olunmuş görüntüsündə hərəkətsiz və hərəkət edən hədəflərə döyüş raketlərindən istifadə etmədən atəş tapşırıqlarının yerinə yetirilməsini təmin edir. Eyni zamanda, atəş tapşırıqları yerinə yetirilərkən hədəfi izləməyə imkan yaradır, fərdi və manqa tərkibində tapşırığın yerinə yetirilməsini qiymətləndirir. Kompüterli artilleriya sinfində divizion və batareya tərkibində sutkanın işıqlı və qaranlıq vaxtında döyüş sursatı sərf etmədən atəş tapşırıqları icra edilib. Artilleriyanın taktika sinfində isə zabit heyəti ilə sinif şəraitində taktiki məşğələlər keçirilib, taktiki qrup çalışmaları yerinə yetirilib, taktiki və komanda-qərargah təlimlərinin keçirilməsindən əvvəl zabitlərin hazırlanması və taktiki hazırlıqdan məqbulların qəbul edilməsi prosesi həyata keçirilib.

Kompüterlə və digər avadanlıqlarla təmin olunmuş “Qvozdika” simulyasiya sinfində avtomatlaşdırılmış idarəetmə sistemi ilə divizion və batareya tərkibində hədəf göstəriciləri müəyyən edilib. Tibbi hazırlıq, avtomobil texnikası, zirehli texnikaların idarə edilməsi, raket artilleriya silahları, qarovul, kəşfiyyat, hərbi topoqrafiya, kütləvi qırğın silahlarından mühafizə, rabitə, mühəndis və hava hücumundan müdafiə siniflərində də müvafiq sahələr üzrə məşğələlər keçirilib. Xüsusi proqramla təchiz edilmiş əsas və arxa komanda məntəqələri, artilleriya qruplaşması, təminedici bölmələr, bölük komandirləri və tabor qərargahları siniflərində keçirilən ikitərəfli təlimlərdə də məqsədə nail olunub. Naxçıvan Qarnizonu Qoşunlarının uzlaşdırılmış kompüter dəstəkli komanda-qərargah təliminin nəticələri hakimlər qrupu tərəfindən dəyərləndirilib, toplanan məlumatlar və əldə olunmuş nəticələr təhlil edilib.

Qarnizonda yerləşən birləşmə və hissələrin xidməti sənədləri və tədris üçün əyani vəsaitlər hərbi mətbəədə hazırlanır. Bu günə qədər birləşmə və hissələr üçün 10 mindən artıq xidməti istifadə üçün kitab və jurnal hazırlanıb. Təlim-Tədris Mərkəzinin zəngin kitabxanası vardır. Bildirilib ki, hazırda kitabxanada 18 min müxtəlif ədəbiyyat şəxsi heyətin istifadəsinə verilib.

Ali Məclisin Sədri nəzəri dərslərin real ərazi maketləri üzərində keçirilməsi, uzlaşmış təlim və məşğələlərin nəticələrinin qarşılıqlı təhlil və müzakirə olunması barədə tapşırıqlar verib.

Sonra “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə görülən işlərin nəticələrinə həsr olunmuş müşavirə keçirilib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”na əsasən birinci tədris rübündə əsas səylər motoatıcı, tank, artilleriya, xüsusi təyinatlı və hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə, eləcə də, hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə yönəldilib. Təlim və məşğələlərdə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrinin hərbi qulluqçuları ilə yanaşı, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə alayının hərbi qulluqçuları da iştirak ediblər. 2019-cu ilin birinci rübündə 8-i ərazidə, 8-i isə kompüter dəstəkli olmaqla 16 briqada komanda-qərargah təlimi, 3 komanda-qərargah səfərbərlik təlimi, 2 qərargah məşqi, idarəetmə məntəqələrinin açılması üzrə komanda-qərargah məşqi, təyyarə və vertolyotların 50 saatdan artıq təlim-məşq və xüsusi tapşırıq uçuşu keçirilib.

Qeyd olunub ki, tədris rübündə müxtəlif ixtisaslar üzrə 1955 müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlanıb. Hazırda “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu”nda 309 kursant, “Gizir hazırlığı kursu”nda isə 82 kursant təhsil alır. Rüb ərzində qarnizonun birləşmə, hissə və bölmələrinin cəlb edilməsi ilə müxtəlif ixtisaslar üzrə 20 yarış, 12 müsabiqə keçirilib. Silah və texnikaların təmiri, texniki qulluq, şəxsi heyətin tibbi müayinəsi və qidalanması da diqqətdə saxlanılıb. Kərəm Mustafayev yaradılan şəraitə və göstərilən dəstəyə görə Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının şəxsi heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən Əlahiddə Ümumqoşun Ordunun yaradılması ilə Naxçıvanın müdafiə potensialının və hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranmışdır. Ötən il Əlahiddə Ümumqoşun Ordu tərəfindən həyata keçirilən uğurlu Günnüt əməliyyatı bunu bir daha təsdiq etdi. Ölkəmizin müharibə, muxtar respublikanın isə həm də blokada şəraitində olması və düşmən ölkə ilə sərhəddə yerləşməsi Naxçıvanda digər qoşun növlərinin - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının yaradılmasını da zərurətə çevirmişdir. Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının və Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının bir qarnizonda birləşməsi isə qarşılıqlı döyüş fəaliyyətinin təşkilində mühüm əhəmiyyət kəsb edirdi. Bu məqsədlə “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”nın təsdiq olunması, keçirilən birgə təlimlər və qarşılıqlı fəaliyyət məmnunluq doğurur.

Ali Məclisin Sədri deyib: Naxçıvan Hərbi Qarnizonu Qoşunları üçün müasir Təlim-Tədris Mərkəzinin yaradılması, təlim və məşğələlərin uğurla keçirilməsi muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır: Ötən il Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təliminin, bu gün isə kompüter dəstəkli komanda-qərargah təliminin keçirilməsi birgə fəaliyyətin nəticəsidir. Bundan sonra da Uzlaşma Planına uyğun olaraq birgə təlimlər keçirilməli, qarşılıqlı fəaliyyət təmin olunmalıdır.

Qeyd olunub ki, muxtar respublikadakı ordu, birləşmə və hissələr hər il müasir silah və texnikalarla təmin olunur. Bu da mütəxəssis hazırlığını zəruri edir. Ona görə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər sırasında kadr hazırlığına xüsusi diqqət yetirilir. Hazırda Əlahiddə Ümumqoşun Orduda zabit, gizir və müddətdən artıq hərbi qulluqçular hazırlanır. Nəticədə mürəkkəb reaktiv qurğuları və digər döyüş texnikalarını idarə edən şəxsi heyət formalaşıb. Təlim-Tədris Mərkəzində yaradılan şərait bu sahədə işlərin uğurla həyata keçirilməsinə imkan verir.

Ali Məclisin Sədri “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı” üzrə tapşırıqların uğurla yerinə yetirildiyinə görə Naxçıvan Hərbi Qarnizonu qoşunlarının şəxsi heyətinə təşəkkür edib.

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, general-leytenant Fazil Ələkbərov “Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinin Uzlaşma Planı”nın xidmətin uğurlu həyata keçirilməsinə və birgə fəaliyyətin təşkilinə mühüm töhfə verdiyini bildirib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə şəxsi heyət adından minnətdarlıq edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub