Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNİN SƏDRİ VASİF TALIBOVUN ÇIXIŞI

- Möhtərəm Prezident!

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Sizin rəhbərliyinizlə uğurla davam etdirilən quruculuq xətti ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında böyük dəyişikliyə səbəb olmuşdur.

Qəbul etdiyiniz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının icrası sayəsində əldə olunan uğurlar hər il artan sürətlə davam etdirilir. Siz ölkəmizin regionlarına ardıcıl səfərlər edir, əhalinin güzəranı ilə maraqlanır, dövlət proqramının icrası ilə yerindəcə tanış olur, hər bir Azərbaycan vətəndaşının Prezidenti missiyasını şərəflə doğruldursunuz. Bizim üçün əlamətdardır ki, muxtar respublikaya indiki səfəriniz ölkə rəhbəri seçilməyinizin dördüncü ildönümü günləri ilə eyni vaxta düşür. Sizi bu uğurlu dörd il münasibətilə ürəkdən təbrik edir, Azərbaycanın böyük gələcəyinə hesablanmış səmərəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Bildiririk ki, Naxçıvan Muxtar Respublikası əhalisinin Sizə tükənməz hörməti, məhəbbəti var, uğurlu daxili və xarici siyasətinizi alqışlayırlar.

Möhtərəm Prezident, ulu öndərimizin memarı olduğu “Əsrin müqaviləsi”nin və imzalanmış digər neft müqavilələrinin uğurla həyata keçirilməsi nəticəsində əldə edilən gəlirlərdən səmərəli istifadə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında qeyri-neft sektorunun sürətlə inkişafına səbəb olmuşdur. Hər bir regionun inkişafının miqyası onun büdcəsi ilə ölçülür. Son 4 ildə büdcənin dəfələrlə artımı nəticəsində iqtisadi fəaliyyət sahəsində əldə edilən nailiyyətlər əhalinin yaşayış şəraitinin yaxşılaşmasına səbəb olmuşdur.

2007-ci ilin yanvar-sentyabr aylarında əhalinin pul gəlirlərinin nominal artımı keçən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz çox olmuşdur. Adambaşına pul gəlirləri ötən ilin 9 ayında 657 manat idisə, cari ilin müvafiq dövründə 44 faiz artaraq 946 manata çatmışdır. Pensiya və müavinətlər hər ay vaxtında və tam həcmdə ödənilir. Doqquz ayda 14 milyon 588 min manat məcburi dövlət sosial sığorta haqları yığılmışdır ki, bu da pensiya və müavinətlərin ödənilməsinə yönəldilən vəsaitin 47,2 faizinin muxtar respublikanın özündə toplanması deməkdir. İnkişafın mühüm göstəricisi ümumi daxili məhsulda öz ifadəsini tapır. Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 2006-cı ilin 9 ayında 284 milyon 543 min manat idisə, cari ilin müvafiq dövründə 30 faiz artaraq, 398 milyon 929 min manat olmuşdur. Adambaşına düşən ümumi daxili məhsulun həcmi də ötən ilin müvafiq dövrü ilə müqayisədə 45 faiz artmış və 1213 ABŞ dolları səviyyəsinə çatmışdır. İqtisadi inkişafın əsas səbəblərindən biri də ölkəmizdə sahibkarlıq fəaliyyətinə əlverişli şəraitin yaradılmasıdır.

Cari ilin 9 ayında özəl sahədə çalışanlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli şərtlərlə 7 milyon manatdan çox kredit verilmişdir. Bu isə bütün sahələrdə istehsal müəssisələrinin yaranmasına və məhsul istehsalı həcminin artmasına öz təsirini göstərmişdir. Son dövrlərdə dinamik inkişaf edən sahələrdən biri də sənayedir. 2006-cı ilin yanvar-sentyabr aylarında 61 milyon 538 min manatlıq sənaye məhsulu istehsal edilmişdisə, cari ilin 9 ayında bu göstərici 102 milyon 240 min manata çatmış, 58 faiz artıma nail olunmuşdur. Sənayedə istehsalın artımı bir tərəfdən, mövcud müəssisələrin öz fəaliyyətini bərpa etməsi hesabına olmuşdusa, digər tərəfdən, bu, daxili tələbatın yerli istehsal hesabına ödənilməsi imkanları ilə bağlıdır. Əgər 2006-cı ilin 9 ayı ərzində 14 istehsal müəssisəsi yaradılmışdısa, cari ilin həmin dövründə 27 istehsal sahəsi fəaliyyətə başlamışdır. 31 istehsal və xidmət sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir. Təkcə bu hesaba 331 yeni iş yeri açılmışdır. Bütövlükdə cari ilin 9 ayında 4500-dən çox iş yeri yaradılmışdır. 2003-cü il oktyabr ayının 1-dən 2007-ci il oktyabrın 1-dək 29 min 313 yeni iş yeri açılmışdır ki, bunun da 18 mindən çoxu daimi iş yerləridir.

Hazırda muxtar respublika əhalisinin təxminən 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğuldur. Odur ki, aqrar sektorda fəaliyyətin təşkili bizim üçün vacibdir. Bu istiqamətdə bir sıra tədbirlər görülmüş, kənd əhalisinə güzəştli kreditlər, arı ailələri, toxum sortları verilmiş, güzəştli şərtlərlə gübrə satışı təşkil olunmuşdur. Təkcə cari ilin ötən dövründə 138 müxtəlif kənd təsərrüfatı texnikası gətirilərək, lizinq yolu ilə istifadəyə verilmişdir. Məhsul istehsalı üçün istifadə olunan yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə dövlət büdcəsindən 3,5 milyon manat vəsaitin ayrılması ölkə rəhbərinin aqrar sektora göstərdiyi qayğının əyani ifadəsidir. Görülən tədbirlər nəticəsiz qalmamış, cari ilin 9 ayı ərzində 97 milyon 240 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 milyon 782 min manat çoxdur.

Muxtar respublikada perspektivli sahələrdən biri də kartofçuluqdur. Bu amil nəzərə alınaraq, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 75 sahibkara 184 min manat kredit verilmiş, məhsuldar kartof toxumu gətirilmişdir. Görülmüş tədbirlər nəticəsində 2495 hektar sahədən 33 min 750 ton kartof yığılmış, məhsuldarlıq hər hektarda 135 sentner olmuşdur. Bu ilin ötən dövrü ərzində muxtar respublikanın meyvə bağlarından 35 min tondan çox məhsul yığılmışdır.

Naxçıvan Muxtar Respublikası 17-ci ildir blokada şəraitində yaşayır. Belə bir şəraitdə energetika, rabitə və nəqliyyat sektorunda fəaliyyətin təşkilindən çox şey asılıdır. Ölkə rəhbərinin səyi nəticəsində İrandan Naxçıvana təbii qazın verilməsi energetika sahəsində problemlərin həllində əhəmiyyətli rol oynayır. Hazırda muxtar respublikada qaz xətləri çəkilişinin ikinci mərhələsi davam etdirilir. Naxçıvan şəhərinə, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarına təbii qaz xətti çəkilişi başa çatdırılmışdır. Şərur, Babək və Ordubad rayonlarında qazlaşdırma işləri davam etdirilir. 2007-ci il oktyabrın 1-dək muxtar respublikanın şəhər və rayonlarında 71 min 500 abonentdən 46 min 647-nə mavi yanacaq verilmişdir. Naxçıvana təbii qazın verilməsi elektrik enerjisi ilə təchizatın yaxşılaşmasına, enerjiyə olan tələbatın ödənilməsində daxili istehsalın xüsusi çəkisinin artmasına da səbəb olmuşdur.

Ölkə rəhbərinin ötən ilin dekabrında muxtar respublikaya səfəri zamanı istifadəyə verilən modul elektrik stansiyası, qaz-turbin elektrik stansiyası və Heydər Əliyev su anbarı üzərindəki elektrik stansiyası muxtar respublikanın elektrik enerjisi ilə təchizatında idxaldan asılılığı aradan qaldırmışdır. Artıq bütün istehlakçılar elektrik sayğacları ilə təmin olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 9 ayında 46 faiz az elektrik enerjisi istehlak edilmişdir. Sayğaclaşdırma enerji haqlarının yığılmasına da öz təsirini göstərmişdir. Bu ilin sentyabrında muxtar respublikada istehlak olunan elektrik enerjisinin dəyəri tam həcmdə ödənilmişdir.

Bu gün əminliklə demək mümkündür ki, Naxçıvan Muxtar Respublikası rabitə və informasiya blokadasını tamamilə aradan qaldırmağa müvəffəq olmuş, Transasiya, Avropa beynəlxalq magistralına qoşulmuşdur. Naxçıvandan Türkiyəyə fibrooptik kabelin çəkilməsi başa çatmaqdadır. Beləliklə, İrandan gələn fibrooptik kabelin Türkiyə hissəsinin tamamlanması nəticəsində Naxçıvan beynəlxalq magistralın böyük seksiyasına çevriləcəkdir. Muxtar respublikada nəqliyyatın inkişafı da diqqət mərkəzindədir. Hörmətli Prezidentimizin İran rəhbərliyi ilə əldə etdiyi razılaşmaya əsasən, yeni Culfa-Culfa körpüsünün tikilməsi, İran ərazisindən keçməklə Bakı-Naxçıvan-Bakı avtobus marşrutunun açılması blokada vəziyyəti ilə bağlı nəqliyyat sahəsində yaranmış problemləri tamamilə aradan qaldıracaqdır.

Naxçıvanda abadlıq-quruculuq işləri yüksələn xətlə gedir. Əgər 2006-cı ilin 9 ayı ərzində əsas kapitala 92 milyon 635 min manat investisiya yönəldilmişdisə, cari ilin müvafiq dövründə 63 faiz artaraq 151 milyon manata çatmışdır. Əhalinin gəlirlərinin artmasının, dolanışıq səviyyəsinin yaxşılaşmasının xarakterik göstəricilərindən biri də şəxsi vəsait hesabına yaşayış evlərinin tikilməsidir. 2006-cı ilin yanvar-sentyabr aylarında əhali tərəfindən 43 min kvadratmetr yaşayış evi tikilmişdisə, bu ilin 9 ayında həmin göstərici 19 faiz çox, yəni 52 min kvadratmetr olmuşdur.

Naxçıvan Muxtar Respublikasında quruculuq işlərinin böyük bir hissəsi sosial sahəni əhatə edir. Gənclərin asudə vaxtlarından səmərəli istifadə etmələri üçün idman-sağlamlıq obyektlərinin tikintisi diqqət mərkəzindədir. Naxçıvan şəhərində İlham Əliyev adına Olimpiya İdman Kompleksində yenidənqurma işləri aparılmış, Naxçıvan Dövlət Universitetinin ərazisində mini futbol meydançası, olimpiya idman korpusu, açıq idman kompleksi tikilərək istifadəyə verilmişdir. Şərur rayonunda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir. Aparılan genişmiqyaslı quruculuq tədbirlərinin bir hissəsi də səhiyyə sahəsinə aiddir. Ölkə rəhbərinin qayğısı sayəsində təkcə son iki ildə Naxçıvan Muxtar Respublikasında 43 yeni səhiyyə obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur. 2006-cı ildə 18, bu ilin 9 ayında isə 20 səhiyyə müəssisəsi əhalinin istifadəsinə verilmişdir. Hazırda 5 səhiyyə obyektində tikinti işləri davam etdirilir. Ötən il hörmətli Prezidentimizin muxtar respublikaya rəsmi səfəri zamanı istifadəyə verilmiş, onun himayəsi ilə tikilmiş müalicə-diaqnostika mərkəzi təkcə muxtar respublikada yox, bütün regionda oxşarı olmayan səhiyyə ocağıdır. Hazırda bu müəssisə yüzlərlə insanın dəqiq müayinə olunaraq, şəfa tapmasına imkan yaradır. Hörmətli Prezidentimizin təşəbbüsü ilə tikilən 200 çarpayılıq Duzdağ sanatoriyasında işlər davam etdirilir.

Naxçıvan qədim mədəniyyət mərkəzi, tarixi abidələr diyarıdır. Bu mənada mədəniyyət obyektlərinin bərpası və müasir obyektlərin tikintisi daim diqqət mərkəzində saxlanılır. Bu ilin 9 ayında Naxçıvan muxtar respublika kitabxanası, 2 mədəniyyət evi, Kəngərli rayonunda tarix-diyarşünaslıq muzeyi və 1 gənclik mərkəzi tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilmişdir. Bundan başqa, Naxçıvan şəhərində Heydər Əliyev sarayının yenidən qurulması, Culfa, Ordubad mədəniyyət evlərinin əsaslı təmiri və Naxçıvan şəhərində əyləncə mərkəzinin tikintisi davam etdirilir.

Bununla yanaşı, tarixi abidələr də bərpa olunaraq gələcək nəsillər üçün qorunub saxlanılır. Cari ildə Əshabi-Kəhf ziyarətgahında, Xanəgah abidə kompleksində, Şərq hamamı abidəsində bərpa və yenidənqurma işləri aparılmışdır. Naxçıvan şəhərində Cümə məscidinin təmiri və Nuh peyğəmbərin məzarüstü türbəsinin bərpası davam etdirilir.

Quruculuq işləri təkcə şəhər və rayon mərkəzlərini yox, ən ucqar kəndləri də əhatə edir. Kəndlərdə məktəblər, tibb məntəqələri, kənd mərkəzləri, rabitə-poçt müəssisələri, mədəniyyət obyektləri tikilir, yeni avtomobil yolları salınır. Kənd əhalisinin məşğulluğunu təmin etmək üçün işlər görülür. Cari ilin 9 ayında 3 kənd mərkəzi tikilərək istifadəyə verilmişdir. 5 kənd mərkəzinin tikintisi davam etdirilir. Bundan əlavə, 50 kilometrə yaxın yeni avtomobil yolları salınmışdır ki, bunun da 27 kilometri kəndarası yollarıdır. Cari ilin 9 ayında 168 poqonometr uzunluğunda 6 körpü tikilərək istifadəyə verilmişdir.

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da təhsilin inkişafı birnömrəli sahədir. Bu məsələdə ümummilli liderimizin “Təhsil hər bir millətin gələcəyidir” kəlamını əsas götürərək, təhsil şəbəkəsinin genişləndirilməsinə çalışırıq. Cari ilin 9 ayında Naxçıvan MR-də 3312 şagird yerlik 4 məktəb binası istifadəyə verilmişdir. Üç məktəb binasında tikinti və yenidənqurma işləri davam etdirilir. Məktəblərdə müasir informasiya texnologiyaları tətbiq olunur, müasir tələblərə uyğun kitabxanalar, idman salonları, fənn kabinetləri, laboratoriyalar var. Təhsil müəssisələri istilik sisteminə qoşulur. İndi təhsilin səviyyəsi həm də informasiya texnologiyalarından istifadənin səviyyəsi ilə ölçülür. Bununla əlaqədar ölkə rəhbərinin tapşırığı icra olunmuş, muxtar respublikanın orta ümumtəhsil məktəblərinə 1950 dəst kompyuter verilmişdir. Hazırda hər 31 şagirdə bir kompyuter düşür.

Görülən tədbirlərin nəticəsidir ki, əgər 2006-cı tədris ilində ali məktəblərə sənəd verən 3312 abituriyentdən 1110-u və yaxud 35 faizi tələbə adını qazanmışdısa, cari ildə 3099 məzundan 1183 nəfəri, yaxud 38 faizi qəbul olunmuşdur. Keyfiyyət göstəriciləri də artmışdır. Ötən ilin qəbul imtahanlarında 500-700 bal toplayanlar 135 nəfər idisə, bu il onların sayı 160 nəfərə çatmışdır. Fərəhləndirici haldır ki, cari ildə ali məktəblərə qəbulda yüksək nəticə göstərən məzunlarımızdan 3-ü Prezident təqaüdünə layiq görülmüş, 3 nəfəri isə Amerika Birləşmiş Ştatları və Fransanın qabaqcıl ali məktəblərinə təhsilə göndərilmişdir.

Təhsil sahəsində görülən işlər təkcə ümumtəhsil məktəblərini əhatə etmir. Cari ilin 9 ayında Naxçıvan Texniki Kollecinin binası yenidən qurularaq istifadəyə verilmişdir. Tibb Məktəbinin binasında yenidənqurma işləri davam etdirilir. 3 məktəbdənkənar təhsil müəssisəsi, 1 musiqi məktəbi üçün bina əsaslı təmir olunmuş, Heydər Əliyev adına uşaq gənclər yaradıcılıq sarayının yenidən qurulması, 1 şahmat məktəbinin, 1 musiqi məktəbinin tikintisi davam etdirilir.

Elm və təhsil sahəsində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Elmi mühitin inkişafına göstərilən qayğının nəticəsidir ki, 2007-ci ildə Naxçıvan Muxtar Respublikasından 5 nəfər Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçilmiş, 3 nəfər elmlər doktoru, 15 nəfər isə elmlər namizədi alimlik dərəcəsi almışdır. Dövlətimizin ali təhsilin təşkilinə və inkişafına göstərdiyi qayğının bariz nümunələrindən biri də Naxçıvan Dövlət Universitetidir. Ali təhsilin hərtərəfli himayə olunmasının ümummilli liderimizlə başlanan prinsipini davam və inkişaf etdirən hörmətli Prezidentimizin qayğısı ilə burada yeni ixtisasların açılması, infrastrukturun yaradılması və təhsil korpuslarının tikilməsi, ölkə rəhbərinin universitetin elektron kitabxanasının açılışında iştirak etməsi və bu təhsil ocağının 40 illik yubileyi ilə bağlı xüsusi Sərəncam verməsi yeni mərhələdə Naxçıvan Dövlət Universitetinə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir.

Naxçıvan Dövlət Universiteti ötən dövrdə xeyli inkişaf etmiş, yerləşdiyi ərazi 108 hektara çatdırılmışdır. 1600 yerlik yeni tədris korpusu, tibb fakültəsi üçün 600 yerlik korpus və müasir xəstəxana, elektron kitabxana, sosial idarəetmə və hüquq, iqtisadiyyat fakültələri üçün 600 yerlik korpus tikilmiş, memarlıq və mühəndis fakültəsinin tədris korpusu isə yenidən qurulmuşdur. Möhtərəm Prezidentimiz Azərbaycanda ali təhsilin təşkili ilə bağlı demişdir: “Mən istəyirəm ki, Azərbaycanın bütün ali məktəbləri ən müasir texnologiyalarla, avadanlıqlarla təmin edilsin, tədris prosesi müasir səviyyədə qurulsun”.

Bu gün açılışına toplaşdığımız konservatoriya binası hörmətli Prezidentimizin müəyyənləşdirdiyi vəzifələrin yerinə yetirilməsinin, ali təhsilin inkişafı ilə bağlı aparılan quruculuq xəttinin daha bir əyani ifadəsidir. Bu, ölkə rəhbəri tərəfindən Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinə ən layiqli töhfədir.

Möhtərəm Prezidentimizi əmin edirik ki, Naxçıvan Dövlət Universiteti bundan sonra da ölkə rəhbərinin yüksək etimadını doğruldacaq, gənclərin elmi biliklərə yiyələnməsində, milli kadr və vətəndaş kimi yetişməsində çox mühüm mərkəz rolunu oynayacaqdır.

Diqqətinizə görə çox sağ olun.

X X X

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

X X X

Sonra Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyev özünün 2007-ci il 16 oktyabr tarixli Sərəncamı ilə təltif olunmuş Naxçıvan Dövlət Universitetinin əməkdaşlarına “Şöhrət” ordenini və “Tərəqqi” medalını, habelə “Azərbaycan Respublıkasının Əməkdar müəllimi” fəxri adının nişanlarını təqdim etdi.

Yavuz Axundluya və Faiq Mirişliyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Sərəncamın mətni oxundu.

X X X

Mərasim Konservatoriya tələbələrinin konsert proqramı ilə başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub

Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir ŞƏRH

Beynəlxalq Enerji Agentliyi: Dizel yanacağı çatışmazlığı 2027-ci ilədək davam edə bilər

ADAU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr önə çəkilib

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

XİN: Fransanı Azərbaycanla bağlı əsassız iddialara son qoymağa çağırırıq VİDEO

Bu il qlobal neft tələbatının gündəlik 2,6 milyon barel azalacağı gözlənilir

Qazaxıstanın Manqistau vilayətinin rəhbəri və Türkiyə diplomatı Orta Dəhlizi müzakirə ediblər

Azərbaycan Astanada beynəlxalq nəqliyyat-logistika sərgisində təmsil olunur

Sergey Lavrov Bakıda AQEM-in sammitində iştirak edəcək

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

Yusif Vəliyev: Laçın və Zəngilanda “Səyyar Gənclər Xidməti” layihəsi reallaşdırılacaq VİDEO

AMADA sumo üzrə dünya çempionatı ərəfəsində antidopinq vebinarları təşkil edib

Səudiyyə Ərəbistanından olan yazıçı Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib

Pərviz Şahbazov: Gələn ilin sonunadək ümumi gücü 2 giqavat olan 11 stansiya istismara veriləcək

Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Zibeydə Hacıyeva: Qarabağdakı bərpa və yenidənqurma prosesində özəl sektor yaxından iştirak edir VİDEO

Sentyabrda Körfəz istehsalçılarının neft təchizatı bərpa olunub

Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq

Ani Ödənişlər Sistemi ilə gündəlik əməliyyat sayı ilk dəfə 1 milyonu, aylıq dövriyyə isə 2 milyard manatı ötüb

BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir

"Ərzurumspor" Nəriman Axundzadənin komandadan ayrılacağı ilə bağlı iddialara son qoyub - EKSKLÜZİV

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edilir

Media və Yayım Şurası: İranın "Səhər" telekanalı ictimai rəyi çaşdıran dezinformasiya yayır

Keçən ay OPEC+ üzrə neft tədarükü gündəlik 40,62 milyon barelə çatıb

“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb

Tədqiqat: Hər il okeanın 1,58 milyon kvadratkilometri neftlə çirklənməyə məruz qalır

Qlobal neft tədarükü sutkada 102,3 milyon barelə yüksəlib

İqtisadiyyat Nazirliyi: Bir çox sahələrdə dövlət-özəl tərəfdaşlığı layihələrini həyata keçirməyə hazırıq

Şöbə müdiri: Azərbaycanın dənizdə külək enerjisi potensialı yaşıl enerji ixracı hədəfləri baxımından mühümdür

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

Yusif Vəliyev: Azad edilmiş ərazilərdə könüllülər üçün fərdi təlimlər təşkil olunur VİDEO

® Belaruslu nümayəndələr Gəncə Avtomobil Zavodunda istehsal prosesi ilə tanış olublar

Sabah hava əsasən yağmursuz keçəcək

İxracdan regional oyunçuluğa: Azərbaycan şirkətləri üçün yeni böyümə marşrutu - RƏY

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar