Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində səyyar müşavirə keçirilib

Naxçıvan, 30 iyun, AZƏRTAC

Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabətinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahədə ardıcıl tədbirlərin görülməsinə, əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsinə hesablanıb. Hazırda muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası gücləndirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 30-da Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilib, yeni avtomobil və süni mayalanma dəstlərinin təqdimatı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov çıxış edərək deyib ki, ötən dövrdə Dövlət Baytarlıq Xidməti və onun müvafiq qurumları üçün yeni binalar inşa edilib, kəndlərdə baytarlıq məntəqələri və ət satışı mağazaları istifadəyə verilib. Yeni yaradılan Süni Mayalanma Mərkəzi muxtar respublikada fəaliyyət göstərən mövcud baytarlıq məntəqələrini yüksək məhsuldar törədici toxumla təmin edir ki, bu da heyvandarlıqda iqtisadi səmərəliliyin yüksəlməsinə və cins tərkibinin yaxşılaşmasına müsbət təsir göstərir. Süni mayalanma məntəqələrinin tələbatını ödəmək məqsədilə maye azot istehsal edən müəssisənin işə düşməsi nəticəsində idxal tam aradan qaldırılıb, yunun qəbuluna başlanması isə heyvandarlığın inkişafına stimul verib. Eyni zamanda Ali Məclis Sədrinin qayğısı ilə baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin təhsil haqlarından azad edilməsi və Dövlət Baytarlıq Xidmətində işlə təmin olunması ixtisaslı kadr hazırlığına mühüm töhfə verir. Muxtar respublikada biotəhlükəsizliyin qorunması, xüsusi təhlükəli xəstəliklərin qarşısının alınması məqsədilə təsdiq olunmuş “Epizootik Tədbirlər Planı”na uyğun olaraq Dövlət Baytarlıq Xidməti bu ilin sonunadək tələb olunan miqdarda vaksin və bioloji preparatlarla təchiz olunub. Mütəmadi olaraq mal-qara və quşlar arasında müxtəlif xəstəliklərə qarşı profilaktika məqsədilə peyvəndləmə, dezinfeksiya işləri aparılıb, epizotiya əleyhinə ardıcıl tədbirlər həyata keçirilib. Vəli Novruzov göstərilən hərtərəfli qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Tibb üzrə Nobel mükafatçısı, akademik İvan Pavlov deyirdi ki, “Həkimlər yalnız insanları, baytarlar isə bütün bəşəriyyəti müalicə edir”. Ölkəmizdə baytarlıq təbabətinin vacibliyi nəzərə alınaraq ardıcıl tədbirlər görülür, Dövlət Proqramı qəbul olunaraq icra edilir. Bu gün muxtar respublikada 123 mindən çox iribuynuzlu, 767 mindən çox xırdabuynuzlu, 1 milyon 300 minə yaxın quş və 99 mindən artıq arı ailəsi saxlanılır. Heyvanların, quşların və arı ailələrinin sağlamlığını qorumaq, bazara keyfiyyətli və sağlam məhsul çıxararaq ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak etmək Dövlət Baytarlıq Xidməti əməkdaşlarının üzərinə düşən vəzifədir. Dövlət Baytarlıq Xidməti və onun rayon idarələri, laboratoriya və məntəqələri üçün yaradılan şərait muxtar respublikada epizootik vəziyyətin sabit saxlanılmasına imkan verir.

Ali Məclisin Sədri muxtar respublikanın baytarlıq təbabəti işçilərinə təşəkkür edərək deyib: Baytarlıq təbabəti vacib sahədir. Ona görə də muxtar respublikada bu sahədə müasir iş şəraitinin yaradılması, yeni avadanlıqların alınması və kadr təminatı daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində baytarlıq təbabəti sahəsində ixtisaslı kadrlar hazırlanır.

Qeyd olunub ki, baytarlıq xidmətinin təşkilində müasir iş metodlarından istifadə mühüm əhəmiyyət daşıyır. İnzibati ərazi dairəsi üzrə nümayəndəlikləri əhatə edən baytarlıq məntəqələrindən Dövlət Baytarlıq Xidmətinə qədər bütün mərhələlərdə yaradılan şərait səmərəli fəaliyyət göstərməyə imkan verir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, xəstəliklərin qarşısının alınması və sağlam məhsul istehsalı qarşıda duran əsas vəzifələrdir. 2002-ci ildən ötən dövrdə muxtar respublikada 90 mindən artıq mal-qarada süni mayalanma aparılıb, 59 minə yaxın cins buzov alınıb. 2019-cu ildə və bu ilin ötən 6 ayında isə 18 minə yaxın süni mayalanma aparılıb və 12 minə yaxın cins buzov alınıb. Bütün bunlar muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində dönüşdür.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada camışçılıq və xırdabuynuzlu heyvandarlıq sahəsində də cins tərkibinin yaxşılaşdırılmasına ehtiyac vardır. Əgər iribuynuzluların cins tərkibinin yaxşılaşdırılması sahəsində görülən işlər xırdabuynuzlu heyvanlarda və camışlarda da həyata keçirilsə, o zaman muxtar respublikada məhsuldarlıq xeyli artar. Muxtar respublikada cəmi 256 baş camışda süni mayalanma aparılmış və 115 baş cins bala alınmışdır ki, bu da aşağı göstəricidir. Ona görə də gələcəkdə heyvandarlığın xırdabuynuzlu və camışçılıq sahəsində də süni mayalanma işinə diqqət artırılmalıdır. Bunun üçün lazımi şərait yaradılıb. Əgər 2002-ci ildə muxtar respublikada 1 süni mayalanma məntəqəsi fəaliyyət göstərirdisə, 2020-ci ildə məntəqələrin sayı 23-ə çatdırılıb. O dövrdə bu sahəni bilən 1 həkim var idisə, bu gün onlarla baytar həkimi süni mayalanma işini həyat keçirir. Əvvəllər baytar həkimlər süni mayalanma işini öyrənmək üçün Göygöl rayonundakı Süni Mayalanma Mərkəzinə göndərilirdisə, artıq bu iş muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində həyata keçirilir. Eyni zamanda hər il süni mayalanma texnikləri yeni avadanlıqlar və motosikletlərlə təmin olunurlar. Ötən dövrdə 23 baytar həkimin hər birinə motosiklet və lazım olan avadanlıq dəsti verilmişdir. Bu gün də 5 yeni süni mayalanma dəsti təqdim olunur.

Ali Məclisin Sədri deyib: Mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında məqsəd ondan ibarətdir ki, say tərkibini artırmadan məhsuldarlıq çoxalsın. Eyni zamanda muxtar respublikada otlaqların o qədər də geniş olmadığını nəzərə alaraq cins tərkibinin artırılmasına diqqət yetirilməlidir. Süni Mayalanma Mərkəzinin yaradılması, avadanlıqlarla təminat onu deməyə əsas verir ki, süni mayalanma işinin həyata keçirilməsi, eləcə də baytarlıq təbabətinin inkişafı üçün lazım olan bütün şərait var. Baytarlıq təbabəti işçiləri bundan sonra da səmərəli fəaliyyət göstərməli, muxtar respublikada epizootik vəziyyət daim sabit saxlanılmalı, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması tədbirləri davam etdirilməli, Dövlət Proqramında nəzərdə tutulan vəzifələr vaxtında icra olunmalıdır.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində kollektivə uğurlar arzulayıb, 1 “Fiat” markalı avtomobilin, 5 yedəkli motosikletin açarlarını və 5 dəst süni mayalanma ləvazimatlarını təqdim edib, Dövlət Baytarlıq Xidmətinin fərqlənən bir qrup əməkdaşına hədiyyələr verib.

Şərur Rayon Baytarlıq İdarəsinin rəisi Cəlal Kamalov minnətdarlıq edərək deyib: “Bu gün Şərur rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi Ali Məclis Sədrinin bu sahəyə birbaşa qayğısıdır. Dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, rayonda peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsi nəticəsində mal-qarada heç bir infeksion xəstəlik müşahidə edilmir. Söz veririk ki, bundan sonra da səylə çalışacağıq”.

Baytarlardan Rasim Rzayev, Qənbər Bağırov, Etibar Rəhimov, Cəlil Əhmədəliyev, Azad Novruzov, Rəhim Qarayev və Yusif Əlizadə də minnətdarlıq edərək bildiriblər ki, əvvəllər belə şərait yox idi. Bu gün hər bir kənddə baytarlıq məntəqəsi yaradılıb, bütün lazımi avadanlıqlarla təmin olunub. Bu da imkan verir ki, xidmət əməkdaşları öz işlərini səmərəli görsünlər.

Sonra Ali Məclisin Sədri yeni avtomobil, motosiklet və süni mayalanma dəstlərinə baxıb, müvafiq tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bakı-Qazax yolunda yük avtomobili aşıb, 3 nəfər ölüb

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır VİDEO

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH