Naxçıvan-Ordubad magistral avtomobil yolunun ətrafında yaşıllaşdırma tədbirləri aparılır
Ordubad, 22 mart, AZƏRTAC
Naxçıvan-Ordubad magistral avtomobil yolunun yenidən qurulması işləri ilə əlaqədar əvvəllər əkilən və indi yolun hərəkət hissəsinə düşən həmişəyaşıl və çinar ağacları çıxarılaraq yolun sağ və sol hissələrinə əkilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu günə qədər 38 çinar, 170 həmişəyaşıl ağacların əkilməsi başa çatdırılıb.
Həmçinin magistral yolun kənarlarında yeni yaşıllıq zolaqları salınıb. Son iki həftə ərzində 2500-dən artıq meyvə tingi əkilib.