Azərbaycan Dövlət İnformasiya Agentliyi

NAXÇIVAN ŞƏHƏRİNDƏ YENİ SƏHİYYƏ MÜƏSSİSƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR

NAXÇIVAN ŞƏHƏRİNDƏ YENİ SƏHİYYƏ MÜƏSSİSƏSİ İSTİFADƏYƏ VERİLMİŞDİR

Naxçıvan, 3 avqust (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Naxçıvan şəhərində yeni səhiyyə müəssisəsinin - Doğum Mərkəzinin açılış mərasimində iştirak etmişdir.

Mərasimə toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar. Mehriban xanıma gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev Doğum Mərkəzinin açılışını bildirən rəmzi lenti kəsdi, yeni səhiyyə müəssisəsindəki şəraitlə tanış oldu.

Təməli 2008-ci ilin iyununda Prezident İlham Əliyev tərəfindən qoyulan mərkəzin tikintisi bir ilə başa çatdırılmışdır. Müasir üslubda tikilən Doğum Mərkəzinin binasında nümunəvi şərait yaradılmışdır. Bu, bir daha göstərir ki, Azərbaycanda səhiyyənin inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycan səhiyyəsinin işinin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır. Ölkəmizdə səhiyyə sisteminin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə yeni texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəltmişdir. Ana və uşaq sağlamlığının qorunması istiqamətində görülən işlər bu sahədə keçmişdə ciddi narahatlıq doğuran problemlərin həllinə imkan yaratmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə həyata keçirdiyi tədbirlər isə birbaşa genefondun qorunmasına, mövcud problemlərin əsaslı surətdə həllinə yönəlmişdir. Fondun uşaqların sağlamlığının qorunması istiqamətində gördüyü işlər cəmiyyətdə birmənalı olaraq yüksək razılıqla qarşılanır. Bir sözlə, dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması, əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanıb həyata keçirilməsi də bu qəbildəndir.

Bildirildi ki, mərkəzin ümumi ərazisi 1,26 hektardır. Binanın sahəsi isə 14.520 kvadratmetrdir. Altımərtəbəli tibb müəssisəsi 100 çarpayılıqdır. Mərkəzdəki 7 şöbədə perinatal diaqnostika və poliklinika, ekstrakorporal mayalanma, fizioloji doğuş, ginekoloji, hamiləliyin patologiyası, anesteziologiya, reanimasiya və intensiv terapiya, kliniki laboratoriya bölmələri fəaliyyət göstərir. Mərkəzdə daha iki bölmə - yeni doğulanların reanimasiya və intensiv terapiya bölməsi, yarımçıq doğulanların reanimasiya şöbələri yaradılmışdır. Səhiyyə ocağında əməliyyat bloku da vardır. Doğum Mərkəzində fizioterapiya kabinəsi, embrioloji və androloji kabinetlər, 2 böyük və 2 kiçik əməliyyat otaqları, stomatoloji, ginekoloji müayinə kabinələri şəhər sakinlərinin istifadəsinə verilmişdir. Tibb müəssisəsində 65 həkim, 102 orta, 61 kiçik tibb işçisi, 42 xidməti işçi, ümumilikdə 270 nəfər çalışır.

Burada yaradılan şəraitdən də görünür ki, Azərbaycan dövləti öz vətəndaşlarının qayğısına qalmaq üçün, ilk növbədə ölkədə səhiyyə sisteminin təkmilləşdirilməsini, fəaliyyətdə olan tibb müəssisələrinin müasir avadanlıqla təmin olunmasını diqqətdə saxlayır. Təbii ki, ölkəmizin gələcəyi olan uşaqların sağlam böyüməsi bu sahədə təməl prinsiplərdən biridir. Bu tibb mərkəzinin istifadəyə verilməsi “Uşaq ili” çərçivəsində Azərbaycan analarına və uşaqlarına ən gözəl töhfədir.

Prezident İlham Əliyev birinci mərtəbədə mərkəzin poliklinikasına, qəbul və izolyator şöbələrinə, ikinci mərtəbədə hamiləliyin patologiyası şöbəsinə, beşinci mərtəbədə fizioloji doğuş və reanimasiya bölmələrinə, palatalara baxdı.

Dövlətimizin başçısına mərkəzin ətrafındakı binalarda aparılmış bərpa və yenidənqurma işləri haqqında məlumat verildi.

Prezident İlham Əliyev mərkəzlə tanışlıqdan sonra tibb ocağının kollektivi ilə görüşdü.

Baş həkim vəzifəsini icra edən Hafizə MİRZƏYEVA dövlətimizin başçısının Azərbaycan xalqının firavanlığı naminə göstərdiyi əvəzsiz xidmətlərinin Naxçıvan əhalisində də böyük qürur hissi doğurduğunu bildirərək dedi:

-Hörmətli Prezident!

Naxçıvan bu torpağın adını yüksəldən, şöhrətləndirən, onu dünyaya tanıtdıran, dahilik, ucalıq rəmzi olan bir insanın vətənidir. Ulu öndər Heydər Əliyevin vətəninə, ata yurdunuza, doğma Naxçıvanımıza xoş gəlmisiniz.

Sizin gəlişinizə həmişə sevinirik. Çünki Sizinlə hər bir görüş bizdə gələcəyə inam hissi yaradır, qurub-yaratmaq əzmimizi yüksəldir. Bu gün açılışını etdiyiniz bu möhtəşəm Doğum Mərkəzi tibbin ən son nailiyyətlərini özündə əks etdirir, müasir avadanlıqla zəngindir. O, bütün Naxçıvan əhalisinə əvəzsiz bir töhfədir. Naxçıvan Doğum Mərkəzinin kollektivi adından əmin edirəm ki, Sizin bizə etimadınızı layiqincə doğruldacaq, gələcəyimiz olan körpələrin dünyaya sağlam, gümrah göz açmaları üçün əlimizdən gələni edəcəyik.

Hörmətli Prezident, Sizin rəhbərliyinizlə Azərbaycanın daha gözəl gələcəyə qovuşacağına inanırıq. İnandığımız üçün də daim Sizinləyik. Bir daha bütün Naxçıvan əhalisi, Naxçıvan qadınları adından Sizə minnətdarlığımızı bildirir, Azərbaycanın gələcəyi naminə gördüyünüz möhtəşəm işlərdə uğurlar arzulayır, möhkəm cansağlığı diləyirik. Sağ olun.

Tibb ocağının kollektivini mərkəzin istifadəyə verilməsi münasibətilə təbrik edən Prezident İlham ƏLİYEV dedi:

-Bu gözəl doğum evinin açılışı münasibətilə sizi təbrik edirəm. Çox qısa müddətdə, yəni bir il ərzində belə gözəl bina, Naxçıvan üçün çox dəyərli bir tibb ocağı tikilibdir. Çünki hər bir insanın həyatı doğum evindən başlayır və biz hamımız çox istəyirdik ki, burada ən yüksək standartlar tətbiq edilsin. Körpələrin sağlam doğulması və gənc nəslin sağlam böyüməsi üçün çox böyük əhəmiyyəti olan bu doğum evi yüksək keyfiyyətlə tikilibdir, burada ən gözəl avadanlıq quraşdırılıbdır. Azərbaycan xalqı sağlam olmalıdır. Gənc nəsil, uşaqlar sağlam böyüməlidirlər, dəyərli insanlara çevrilməlidirlər və insanın həyatı, sağlamlığı üçün doğum evinin çox böyük əhəmiyyəti vardır. Burada həm analara xidmət göstəriləcək, həm körpələr dünyaya sağlam gələcəklər.

Bilirsiniz ki, Azərbaycanda son illər uşaq ölümünün səviyyəsi kəskin şəkildə aşağı düşmüşdür. Bütün dövrlərə xas olan bu mənfi statistika görülən tədbirlər, yeni səhiyyə ocaqlarının yaradılması nəticəsində yaxşılığa doğru dəyişmişdir. Bu doğum evinin imkanları o qədər genişdir ki, Naxçıvan Muxtar Respublikasında hər bir körpə dünyaya gözünü bu doğum evində aça bilər. Çox önəmlidir ki, burada yüksək tibbi xidmət göstərilsin. Mən əminəm, bu belə də olacaq və Naxçıvan həkimləri həmişə olduğu kimi öz peşəkarlığını göstərəcəklər.

Biz bütövlükdə sosial məsələlərin həllinə böyük diqqət göstəririk. Səhiyyə sisteminin təkmilləşməsinə böyük vəsait qoyulur. Bu Doğum Mərkəzinin tikilməsi, bir də demək istəyirəm ki, Azərbaycanın bugünkü imkanlarını göstərir. Əgər bizim iqtisadi imkanlarımız, maliyyə resurslarımız olmasaydı, bəlkə də bunu etmək mümkün olmazdı. Güclü iqtisadiyyat güclü sosial siyasət deməkdir və biz bu siyasətə sadiqik. Bu, Heydər Əliyev siyasətidir, onun bizə qoyduğu siyasi mirasdır. Bu gün Azərbaycanın inkişafı elədir ki, biz istənilən vəzifəni həll edə bilərik.

Naxçıvan da gündən-günə gözəlləşir, abadlaşır. Mən hər il Naxçıvanda oluram. Keçən ilin iyun ayında bu Doğum Mərkəzinin təməl daşını bərabər qoyduq. Keçən bir il ərzində Naxçıvanda çox böyük, gözəl, müsbətə doğru dəyişikliklər baş vermişdir. Həm yeni müəssisələr yaradılır, tibb məntəqələri açılır, həm də şəhər gözəlləşir, abadlaşır. Naxçıvanda yaşayan insanlar əminəm ki, bu gözəl dəyişikliklərdən böyük qürur hissi duyurlar.

Mən gələcək fəaliyyətinizdə sizə uğurlar arzulamaq istəyirəm. Sizin simanızda Azərbaycanın bütün tibb ictimaiyyətini bu gözəl Doğum Mərkəzinin istifadəyə verilməsi münasibətilə təbrik edirəm və sizə cansağlığı arzulayıram. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyev yeni alınmış təcili tibbi yardım avtomobillərinə baxdı.

Məlumat verildi ki, bu texnika əhaliyə səyyar tibbi xidmətin göstərilməsində etibarlı vasitədir. Ən müasir avadanlıqla təchiz olunmuş bu avtomobillər çağırışlara vaxtında çatmağa və mükəmməl ilkin tibbi yardım göstərməyə imkan verir. Səyyar tibbi xidməti təcrübəli heyətlər yerinə yetirəcəkdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub