“NAXÇIVAN” SƏRHƏD DİVİZİYASINDA ƏSGƏR YEMƏKXANASI İSTİFADƏYƏ VERİLMİŞDİR
Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev və tədbirin digər iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin tunc büstü önünə tər güllər düzmüş, “Naxçıvan” Sərhəd Diviziyasının yaradıcısı olan dahi öndərin xatirəsini dərin ehtiramla yad etmişlər.
Vasif Talıbov və Elçin Quliyev əsgər yeməkxanasının açılışını bildirən rəmzi lenti kəsdikdən sonra mərasim iştirakçıları burada yaradılmış şəraitlə tanış olmuşlar.
X X X
Həmin gün sərhəd diviziyasında xidməti fəaliyyətlərində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup zabit və gizir “Hərbi xidmətlərə görə” və “Sərhəddə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Bu münasibətlə qərargah binasında təqdimat mərasimi keçirilmişdir.
Ali Məclisin sədri təltif olunanları təbrik etmiş, onlara xidmətdə uğurlar arzulamışdır.
“Naxçıvan” Sərhəd Diviziyasının komandiri Məhəmməd Abbasquliyev təltif olunanlar və şəxsi heyət adından qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonra Ali Məclisin sədri və Dövlət Sərhəd Xidmətinin rəisi, tədbir iştirakçıları əsgər yeməkxanasında əsgərlərlə birgə nahar etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]