Naxçıvanda 493 qutu yararsız yumurta məhv edilib
Naxçıvan, 27 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti tədbirləri zamanı laborator müayinəyə cəlb olunmuş 16.07.2024-cü il istehsal tarixli yumurta məhsullarında uyğunsuzluqlar aşkarlanıb.
Agentlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, uyğunsuzluq aşkarlanan istifadəyə yararsız yumurtalar topdançı subyekt tərəfindən geri çağırılıb. 493 qutu (177480 ədəd) yumurta bu gün agentlik əməkdaşlarının iştirakı ilə məhv edilib.