Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda 500-700 arası bal toplamış məzunlar mükafatlandırılıb

Naxçıvan, 30 avqust, AZƏRTAC

Avqustun 30-da Naxçıvan Dövlət Milli Dram Teatrında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların mükafatlandırılması tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Naxçıvan təhsilinin yeni uğurunu qeyd etməkdən məmnunluğunu ifadə edib, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin tədbir iştirakçılarına salamlarını, uğur qazanmış məzunlara, onların müəllimlərinə və valideynlərinə səmimi təbriklərini çatdırıb.

Baş nazir bildirib ki, 2023-2024-cü tədris ilində Naxçıvan Muxtar Respublikasında 4569 şagird ümumi orta təhsil səviyyəsini, 3500 şagird tam orta təhsil səviyyəsini başa vurub. Təhsili xüsusi nailiyyətlərlə başa vuran 8 şagird qızıl, 1 şagird gümüş nişana, 256 şagird isə fərqlənmə attestatına layiq görülüb. Tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülən şagird sayı ötən illə müqayisədə 3 dəfə çox olub. Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində 327 məzun 500-700, o cümlədən 222 nəfər 500-600, 78 məzun 600-650, 27 şagird isə 650-700 arası bal toplayıb. Ötən illə müqayisədə yüksək nəticə göstərən məzunların sayı 67 faiz artıb. Bu da muxtar respublikada son 5 ildə əldə olunan ən yüksək göstəricidir.

Ceyhun Cəlilov diqqətə çatdırıb ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin ixtisas seçiminin birinci mərhələsində muxtar respublika üzrə ümumilikdə 1835 məzun ali təhsil müəssisələrinə qəbul olunub. Onların 946-sı ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universiteti, 163-ü Naxçıvan Müəllimlər İnstitutu, 32-si isə Qarabağ Universitetini seçib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Gültəkin Rüstəmova ötən tədris ilində əldə olunan ümumi nəticələr barədə məlumat verib. Bildirib ki, 2023-2024-cü tədris ilində 8 şagird buraxılış imtahanlarında 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Ümumilikdə 292 şagirdin 250-300 arası bal toplaması muxtar respublika şagirdlərinin yüksək hazırlıq səviyyəsini təsdiqləyir. Ölkə üzrə muxtar respublikanın ümumtəhsil məktəbləri ən yüksək göstəricilər baxımından ikinci yerdə qərarlaşıb. 600-700 arası bal toplamış məzun sayında da əhəmiyyətli dərəcədə artım olub. 2022-2023-cü tədris ilində bu nəticəni göstərən məzunların sayı 42 olmuşdursa, 2023-2024-cü tədris ilində bu say 104 nəfərə yüksəlib. Məhz bu göstəricilər ötən tədris ili ilə müqayisədə 2,5 dəfə çoxdur.

Valideynlər adından çıxış edən Ordubad rayonunun Dırnıs kənd tam orta məktəbinin direktoru Taleh Qasımov öz övladı da daxil olmaqla rəhbərlik etdiyi məktəbin 8 məzununun hər birinin tələbə adını qazandığını, həmin məzunlardan birinin artıq Qarabağ Universitetinin tələbəsi olduğunu bildirib, bu uğurları dövlət başçımızın rəhbərliyi ilə yaradılan müasir təhsil şəraiti və gələcəyimiz olan gənclərə göstərilən qayğının nəticəsi kimi dəyərləndirib.

Ali məktəblərə keçirilən qəbul imtahanlarında 691,9 bal toplayaraq muxtar respublika birincisi olan Kənan İsmayıllı əldə etdiyi uğurun təməlində qarşıya qoyulan hədəf və onun uğrunda çox çalışmaq, eyni zamanda, dövlətimizin yaratdığı müasir tədris şəraiti, valideynlərinin və müəllimlərimin əməyi və dəstəyinin dayandığını bildirib. Ümummilli Liderimizin “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir”, - fikirlərini dilə gətirən muxtar respublika birincisi yüksək nəticə göstərən məzunlar adından dahi Heydər Əliyev ideyalarının davamçıları olacaqlarına, Azərbaycan gəncliyinin adını daim zirvələrdə tutacaqlarına və ölkəmizin çiçəklənməsinə öz töhfələrini verəcəklərinə söz verib.

Sonra 500-700 arası bal toplamış məzunlar mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov mükafatları təqdim edib, tədbirdə iştirak edən məzunlarla xatirə fotosu çəkdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

Çempionlar Liqası: “Sabah” İsveç klubuna uduzub

Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib

Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri müzakirə olunub

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

İşçi qrupun iclasında Vahid Məhkəmə Portalı üzrə yaradılmış yeni funksional imkanlar təqdim olunub

XİN: USAID rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri iddialar separatizmin təşviqindən başqa bir şey deyil

Rumıniya parlamentində yanğın törədilib, 300-dən çox insan təxliyə olunub

USAID-in Ermənistana yardımını artırması: diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi - Araşdırma

Milli Teatrda iki yeni tamaşa hazırlanacaq

İranın Livandakı səfiri peycerin partlaması nəticəsində yaralanıb

Azərbaycan və İraq qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirib

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

“Struma səhnələri” festivalında Azərbaycan uşaqlarının rəsmləri nümayiş olunub

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib

Dünyaşöhrətli səyyahlar ilk dəfə Xəzər dənizini üzərək keçiblər

Britaniyanın xarici işlər naziri: İqlim dəyişikliyi terrordan daha fundamental təhlükədir

"COP29-la bağlı beynəlxalq təşəbbüslər" qrant müsabiqəsinin nəticələri elan olunub

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

® “Unibankın” “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri kimlər olacaq?

Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir

“Lokomotiv və vaqonlar” tamaşası Kukla Teatrının səhnəsində

Bəstəkarlar İttifaqı Musiqi Günü münasibətilə silsilə təbdirlər keçirəcək

Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini qəbul edib

Skripka ifaçısı: Azərbaycanı layiqincə təmsil etmək mənim üçün qürurvericidir

Mario Draqi: Avropa azadlığını itirmək riski daşıyır

Dünyanın ən yaxşı qadın futbolçuları bəlli olub

® “Birbank Star” kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır

Pompidu Mərkəzi sürrealizmin 100 illiyi şərəfinə “Sürrealizm” adlı sərgisini təqdim edir

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzinə şagird qəbulu başlayır

® FCHAIN-in baş direktorunun müavini Şuşada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

Suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti hədəfi  ŞƏRH

BDU ilə “Quacquarelli Symonds” reytinq təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub

Türklərin yaşamadığı “Türkiyə”

Çinli mütəxəssis: Rəsmi Bakının iqtisadiyyatını şaxələndirmək istəyi BRICS-in baxışı ilə üst-üstə düşür - MÜSAHİBƏ

Braziliya və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət olunub

Oman mətbuatı Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundan yazıb

ATU ilə "IST Services" arasında müqavilə imzalanıb

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

CBC-nin Urmiya gölünə həsr olunan filmi Xorvatiyada nümayiş etdiriləcək

Musiqili Teatr dörd aylıq repertuar planını açıqlayıb

Bakıda və Samuxda keçirilən əməliyyatlar zamanı 24 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan klubu iki amerikalı basketbolçunu heyətinə qatıb

Ölkəmizdə geomaqnit qasırğası maksimum həddə müşahidə olunur- AÇIQLAMA VİDEO

Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək

Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu keçirilib

Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi FOTO VİDEO

Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Fransa Milli Assambleyasının Bürosu Makronun impiçment prosedurunu təsdiqləyib

Yengicə su anbarının tutumu 17,5 milyon kub olacaq - tikinti işləri davam edir  FOTO

Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları gənc güləşçilərlə görüşüblər

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

AzMİU ilə “QS” reytinq agentliyi əməkdaşlığa başlayır

® “Startup World Cup” tədbiri “Azercell”in tərəfdaşlığı ilə baş tutacaq Qalib komanda Azərbaycanı ABŞ-da təmsil edəcək

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Qax Dövlət Kukla Teatrı yeni mövsümü “Tülkü və quyruq” tamaşası ilə açıb

Ekvadorda quraqlıq səbəbindən elektrik enerjisi təchizatı dayandırılıb

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvanda süni intellekt həlləri ilə dizayn müsabiqəsinə start verilib

S.H.Hətəmovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ƏMAS platformasında elektron qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

R.G.Xəlilovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.H.Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

R.G.Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mehmet Perinçek: İrana düşmən olan cəbhə Zəngəzur dəhlizinin əleyhinədir, Tehran bu tələyə düşməməlidir – ŞƏRH

Mediasiya Şurasının üzvü olan qadınların sayı açıqlanıb

Gələn ilin əvvəlinə İraqa ixrac missiyası planlaşdırılır

Azərbaycan musiqisi Norveçdə səsləndirilib

Qaradağ rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində qanunvericilik islahatları paketi hazırlanıb VİDEO

Yeni tədris ilinin başlanması münasibətilə DSX-nin Xüsusi Məktəbində tədbir təşkil olunub VİDEO

UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir

2024-cü il “Buker” mükafatının qısa siyahısı açıqlanıb

Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında sənəd imzalanıb - YENİLƏNİB VİDEO

Viktor Orban beynəlxalq planlarını təxirə salıb

Dünya çempionatında qızıl medal qazanmış Azərbaycan gimnastları Vətənə dönüblər

İmmersiv və süni intellektə əsaslanan jurnalistika mövzusunda tədqiqat aparılıb

Çində 30 MVt gücündə dünyada ən böyük volan enerji saxlayan qurğu istifadəyə verilib

Ceyms Kemeron Xirosima faciəsi haqqında film çəkəcək

Azərbaycanlı müəllifin nağılı udmurt dilində

İcbari tibbi sığorta hesabına yarım ildə 2 min 134 BERA testi icra olunub

Fransa Milli Assambleyası Makronun impiçment prosedurunun məqbul olmasına qərar vermək üçün toplaşıb

Baş prokuror Xızıda vətəndaşların müraciətlərini dinləyib

Nazir: Azərbaycan ilə İraq arasında ticarət dövriyyəsi 49 faiz artıb

Azərbaycanın kənd təsərrüfatı naziri “Böyük iyirmilik” ölkələri nazirlərinin toplantısında iştirak edib

Lənkəranda sanitar-gigiyenik tələblərə cavab verməyən restoranın fəaliyyəti məhdudlaşdırılıb

Rumıniya mediası Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

Qubada keçirilən beynəlxalq konfransda qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması müzakirə olunub

Ekoloq: Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal liderlik missiyasını öz üzərinə götürüb

BMU yeni tədris ilinə uğurlu göstəricilərlə başlayıb

Qazaxıstan Almaniya bazarına neft tədarükünü artırmağa hazırdır

Bu günədək 41 mindən çox tələbə təhsil krediti alıb

56 nömrəli marşrut avtobusuna hücum edənlər polis tərəfindən saxlanılıb

Azərbaycanda heyvan sağlamlığı sahəsində həyata keçirilən tədbirlər ÜHST tərəfindən yüksək qiymətləndirilib

Vyetnam yeni fırtınaya hazırlaşır: “Yaqi” qasırğası qurbanlarının sayı 290-dan çoxdur

“Intel” çip istehsalı zavodunun inşasını təxirə salıb