Naxçıvanda AFFA Region Liqasının püşkü atılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Futbol üzrə AFFA Region Liqasının Naxçıvan Muxtar Respublika üzrə püşkatma mərasimi keçirilib.
AZƏRTAC AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Region Liqasının Naxçıvan zonasında yarış 8 komandanın iştirakı ilə 2 dövrədən ibarət dairəvi sistemlə təşkil olunacaq.
Püşkə əsasən birinci turda “Dübəndi” (Ordubad) - “Kəngərli”, “Babək” - “Sədərək”, “Naxçıvan Müəllimlər İnstitutu” - “Arpaçay” (Şərur) və “Batabat” (Şahbuz) - “Əlincə” (Culfa) oyunları keçiriləcək.