Naxçıvanda fevral ayının pensiyaları artımlarla birgə verilib
Naxçıvan, 11 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevral ayının pensiya ödənişi başa çatdırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 1 yanvar 2025-ci ilədək təyin edilmiş bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilərək artırılması və fevralın 1-dən minimum pensiyanın artırılaraq 280 manatdan 320 manata çatdırılması təmin edilib.
Fevral ayının pensiyaları da qeyd edilən artımlarla birgə ödənilib. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:31]
AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
- 01.10.2026 [12:06]
Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 5 medal qazanıblar VİDEO
- 01.10.2026 [12:05]
Səfəvilərdən bu günə: Ağbil türbələri VİDEO
- 01.10.2026 [11:15]
Şərurun bəzi kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb VİDEO
- 01.10.2026 [09:35]