Naxçıvanda mebel sexində yanğın baş verib VİDEO
Naxçıvan, 11 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 378 kvadratmetr olan obyektin 330 kvadratmetr hissəsi içərisindəki əşyalarla birlikdə yanıb, sexin 48 kvadratmetrlik otağı içərisindəki əşyalarla birlikdə və sexə bitişik 3 fərdi yaşayış evi yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.02.2026 [17:13]
WUF13: Dayanıqlı şəhər inkişafı GDU-da diqqət mərkəzində
- 11.02.2026 [17:05]
Ağdamda yollar qardan təmizlənir – nəqliyyatın hərəkəti təmin olunur VİDEO
- 11.02.2026 [16:36]
İmişlidə yol qəzası olub, xəsarət alanlar var
- 11.02.2026 [15:21]
Xankəndinin yolları qardan təmizlənir VİDEO
- 11.02.2026 [14:58]
Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı foto-obyektivdə
- 11.02.2026 [12:59]
Cəlilabad və Biləsuvarda qarın fəsadları aradan qaldırılır
- 11.02.2026 [11:54]
Ağsu aşırımında buzlaşma: İki avtomobil aşıb VİDEO
- 11.02.2026 [11:38]