NAXÇIVANDA MƏRKƏZİ UŞAQ XƏSTƏXANASI VƏ SƏHİYYƏ NAZİRLİYİNİN İNZİBATİ BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Naxçıvanda Əziz Əliyev adına mərkəzi uşaq xəstəxanası və muxtar respublikanın Səhiyyə Nazirliyinin inzibati binalarının açılış mərasimi olmuşdur.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açaraq mərasim iştirakçılarını təbrik etmişdir. Naxçıvanın səhiyyə naziri Niyazi Novruzov, mərkəzi uşaq xəstəxanasının şöbə müdiri, deputat Yazgül Rzayeva və başqaları çıxışlarında respublikamızda səhiyyə sahəsinə xüsusi qayğı göstərildiyini vurğulamışlar.