Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 22,9 faiz artıb
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Cari ilin yanvar-oktyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 208,9 milyon manata yaxın vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 15,8 faiz və ya 28,5 milyon manat çoxdur.
Qeyri-dövlət sektorundan daxilolmalar 147,6 milyon manat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 27,5 milyon manat və ya 22,9 faiz artıb. Ödənilən vergilərin 70,7 faizi qeyri-dövlət sektorunun, 29,3 faizi isə dövlət sektorunun payına düşüb.
Bundan başqa, 2025-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz artaraq 3,8 milyon manata yaxın olub. Həmin dövrdə icbari tibbi sığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən 8,8 faiz artıb və 25,2 milyon manatdan çox təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:15]
Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub VİDEO
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]