Naxçıvanda yolda qaya uçqunu baş verib
Naxçıvan, 28 mart, AZƏRTAC
Naxçıvanda Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə yolun 18-20-ci kilometrliyində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [12:36]
480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur
- 16.06.2026 [12:34]