Naxçıvanın məscidlərində bayram namazı qılınıb VİDEO
Naxçıvan, 6 iyun, AZƏRTAC
Müqəddəs Qurban bayramı ilə əlaqədar iyunun 6-da səhər saatlarında Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram namazı Naxçıvan şəhərinin "Heydər", “Sarvanlar”, “Kazım Qarabəkir”, “Pirqəmiş”, “Came” və muxtar respublikanın bütün rayon, kənd məscidlərində də qılınıb.
Yüzlərlə muxtar respublika sakininin qatıldığı namazlarnda dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi bərəkət arzulanıb.