Nazir Emin Əmrullayev Ağdamda vətəndaşlarla görüşəcək
Bakı, 5 dekabr, AZƏRTAC
Elm və təhsil naziri Emin Əmrullayev dekabrın 22-də Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla görüşəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ağdam, Ağcabədi, Bərdə, Şuşa, Füzuli, Tərtər, Xocalı, Xocavənd sakinləri iştirak edə bilərlər.
Adları qeyd olunan rayonların sakinləri dekabrın 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-2 və 146-6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:30]
Mərkəzi Elmi Kitabxanada professor Asif Rüstəmlinin kolleksiyası yaradılıb
- 06.10.2026 [15:44]
KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib
- 06.10.2026 [14:49]