Nazir: Hədəfimiz Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirməkdir
Bakı, 5 mart, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Krallıqda texnologiya sahəsində fəaliyyət göstərən diaspor üzvləri və təhsil alan tələbələrlə görüş keçirib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycanın rəqəmsal və süni intellekt əsaslı transformasiya mərhələsinə qədəm qoyduğu vurğulanıb, bu istiqamətdə ölkəmizdə həyata keçirilən layihələr və görülən işlər barədə ətraflı məlumat verilib.
Genişmiqyaslı rəqəmsallaşma, insan kapitalına yatırımlar və 2026-2028-ci illər üçün təsdiqlənmiş Fəaliyyət Planı çərçivəsində əsas hədəfin Azərbaycanın regionun etibarlı rəqəmsal mərkəzinə çevrilməsi olduğu qeyd edilib.
Eyni zamanda, diaspor nümayəndələri bilik və təcrübə mübadiləsinə, birgə layihələrə və texnoloji diplomatiya istiqamətində daha fəal əməkdaşlığa dəvət edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]