Nazir: Xarici kinostudiyaların Azərbaycanda film çəkilişlərini təşviq edən platformanın yaradılması nəzərdə tutulur
Bakı, 21 may, AZƏRTAC
Planımızda ilk sırada olan məsələ Azərbaycan Respublikasının Kino Agentliyinin yaradılmasıdır. Agentlik publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.
Azərbaycanda kino sənayesinin inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə danışan nazir deyib: “Əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaq, bu sahəyə ölkəmizdən və xaricdən investisiyalar cəlb etmək, özəl sektorla işləri qurmaq və insan resurslarına diqqəti gücləndirmək, bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır. Eyni zamanda, kino konsepsiyası çərçivəsində xarici kinostudiyaların Azərbaycanda film çəkilişlərini təşviq edən bir platforma yaradılması da nəzərdə tutulub. Bu bizə imkan verəcək ki, xarici kino şirkətləri öz filmlərini Azərbaycanda çəksinlər. Təbii ki, bu, həm də ölkəmizə sərmayə gətirəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:43]
Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür
- 14.10.2026 [16:03]
Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert
- 14.10.2026 [13:32]
Gənc Tamaşaçılar Teatrında “Pullu komediya” tamaşasının premyerası olacaq
- 14.10.2026 [12:23]