Nazirlik: Dövlət istiqrazları üzrə investorlara 825 milyon manatdan çox ödəniş edilib
Bakı, 22 avqust, AZƏRTAC
Cari ilin I yarımili ərzində daxili maliyyə bazarında dövlət istiqrazlarının yerləşdirilməsindən əldə olunan vəsait hesabına əvvəlki illərdə buraxılmış dövlət istiqrazları üzrə vaxtı çatmış 825,5 milyon manat məbləğində əsas borc ödənişləri investorlara geri qaytarılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Maliyyə Nazirliyinin “2024-cü ilin I yarımili üzrə Dövlət Borcuna dair Statistik Bülleten”ində bildirilir.
Məlumata görə, hesabat dövrü ərzində investorlara 170,1 milyon manat məbləğində faiz və diskont ödənişləri həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]