NBA: “Minnesota”nın səkkiz oyunluq uğurlu seriyası başa çatıb
Bakı, 18 mart, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən gecə daha on qarşılaşma təşkil olunub.
“Minnesota” doğma meydanda "İndiana Peysers”ə 130:132 hesabı ilə uduzub. Bununla da “canavarlar”ın müntəzəm mövsümdə səkkiz oyunluq qələbə seriyası başa çatıb. Qalib komandanın heyətində ən çox xalı hücumçu Obi Toppin (34), ev sahiblərindən isə müdafiəçi Entoni Edvards (38) toplayıb. Bu nəticədən sonra “İndiana Peysers” Şərq Konfransının turnir cədvəlində dördüncü, "Minnesota" isə Qərb Konfransında yeddinci pillədə qərarlaşıb.
Matçların nəticələri
"Nyu-York Nik" - "Mayami Hit" – 116:95
"Hyuston Rokets" - “Filadelfiya” – 144:137
“Yuta Cazz” - “Çikaqo Bullz” – 97:11
“Finiks Sanz” - "Toronto Raptors” – 129:89
"Qolden Steyt Uorriors" - “Denver Naqqets” – 105:114
“Nyu Orlean Pelikans” - “Detroit Pistons” – 81:127
“Minnesota” - “İndiana Peysers” – 130:132
"Sakramento" - “Memfis Qrizzlis” – 132:122
“Portland Treil Blazers” - "Vaşinqton Vizards" - 112:97
“Los-Anceles Leykers” - “San Antonio Spörs” – 125:109.