Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Bakı, 17 mart, AZƏRTAC
Ümumi daxili məhsul (ÜDM) neft-qaz sektorunda cari ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz azalaraq, 6 milyard 506,1 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz azalıb.