Neftçalada mənzildə partlayış baş verib
Neftçala, 24 mart, Mahir Babayev, AZƏRTAC
Neftçalada mənzildə partlayış baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Neftçala şəhəri, Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 1932-ci il təvəllüdlü İmanova Bacıbacı Allahverdi qızına məxsus mənzildə baş verib.
Qaz sızmasının səbəb olduğu partlayış nəticəsində ev sahibi üçüncü dərəcəli yanıq xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Partlayışın gücündən blokda yerləşən yeddi mənzilə və binanın qarşısında dayanan üç avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.