“Neftçi” – “Vaşaş” oyununun başlanma vaxtı açıqlanıb
Bakı, 10 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan “Neftçi”nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma vaxtı açıqlanıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Macarıstanın “Vaşaş” komandası ilə yanvarın 10-da keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. “Gloria Golf Club”un stadionunda keçiriləcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Belek bölgəsində məskunlaşan komandamız daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]
“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb
- 10.06.2026 [10:51]